"Heydər Əliyevə verilən siyahıya onun adını daxil etməmişdilər" - Şəhriyarın əmisi

"Heydər Əliyevə verilən siyahıya onun adını daxil etməmişdilər" - Şəhriyarın əmisiAzərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarovun sponsoru olmadığına görəyarışlara öz pulu hesabına getdiyi, artıq yorulduğu haqda ötən gün açıqladığı fikirlərinə əmisi də dəstək verib.

Modern.az-ın məlumatına görə, şahmatçının əmisi, tanınmış həkim Məmmədyar Məmmədyarlı sosial şəbəkədəki statusunda bildirib ki, Şəhriyar onillərdi dünya cəbhəsində şahımızı müdafiə edərək onun qalib çıxmasına çalışır.

"Əksər halda buna nail olub, ölkəmizə onlarla qızıl medal gətirib. Demək olar ki, ilin əksər hissəsini hava yollarında, vağzallarda, ən yaxşı halda isə mehmanxanalarda keçirir. Bəzən iki aydan sonra evə dönəndə onu heç tanımaq olmur, əlavə xəstəlik qazanmağının şahidi oluruq. Kompüteri iki ay fasiləsiz işlətsək, o da yəqin sıradan çıxar. Bu yarışlardan bəzisi Dünya, Avropa, Olimpiya birinciliyi olduğu üçün mütləq, vazkeçilməzdi. Bundan başqa ailəni saxlamaq üçün necə deyərlər, kommersiya yarışlarına çıxmalı olur ki, bu da orqanizmin, əsasən də əsəblərin yüklənməsinə səbəb olur".

Şahmat qrossmeysterinin əmisi bir maraqlı fakta da diqqət çəkib:

"Ulu öndər o vaxtlar gənc şahmatçılar üçün fond yaratmışdı ki, onlar istədikləri yarışlara həmişə gedə bilsinlər. Onu da qeyd edim ki, ulu öndərə verilən siyahıya nədənsə Şəhriyarı daxil etməmişdilər. Daha imkanlı ailələrin övladlarını ora daxil etmişdilər. Şəhriyar perspektivi olmayan şahmatçı kimi ancaq ailə maliyyəsi hesabına sərhəddən kənara çıxdı, dünya səviyyəsində tanındı. Dünya tanıyandan sonra bizim Şahmat Federasiyası və İdman Nazirliyi tanımağa məcbur oldu".

Məmmədyar Məmmədyarlı istedadlı şahmatçılara göstərilən qayğıdan danışarkən düşmən ölkəni də misal göstərib:

"Hətta Ermənistanda şahmatçılara yüksək maaş verilir, bütün yarışlara dövlət hesabına gedirlər.
Sözümün canı ondan ibarətdir ki, güclü dövlətimiz, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi olan yerdə heç yaxşı olmaz ki, Şəhriyara əlavə hesab yaradılsın. Bax bu cür maliyyə çətinliyinə görə nə qədər potensiallı idmançılarımız idmanı tərk edir...".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3714   Tarix: 28 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0

7 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021