"Lamiyə işi" - Aslan Aslanovun oğlunu qətlə yetirən ömürlük məhkumdan xəbər var

"Lamiyə işi" - Aslan Aslanovun oğlunu qətlə yetirən ömürlük məhkumdan xəbər varKənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun vəfat etməsi, onun oğlunun qətlində təqsirli bilinərək ömürlük həbs edilən Vüqar Əliyevin azadlığa çıxma məsələsini gündəmə gətirib.

Amma onun hüquqlarını müdafiə edən Əsabəli Mustafayev Aslan Aslanovun vəfatının Vüqar Əliyevin işində vəziyyəti dəyişə biləcəyinə inanmır.

Sonxeber.az xəbər verir ki, bu barədə modern.az-a vəkil özü bildirib.

Ə.Mustafayev deyib ki, bunun səbəbi sabiq başçının vəzifədə olarkən, müvəkkilinə ən ağır hökmün çıxarılmasına nail ola bilməsidir:

"Sonradan onun təsir imkanları azalsa, hökm dəyişdirilmədi. Hətta Avropa Məhkəməsilə kommunikasiya başlananda da hökumət gedən prosesləri, nöqsanları nəzərə alaraq, bunların aradan qaldırılmasını öz öhdəsinə götürə bilərdi ki, Avropa Məhkəməsi kəskin qərar qəbul etməsin.

Lakin buna gedilmədi. Hesab edirlər ki, bu adama ağır hökm verilib, artıq 15 ilə yaxın cəzasını çəkib. Uzun müddət həbs yatan adamın işinə yenidən baxılması praktikada yoxdur. Çünki işə yenidən baxılması, bu qərarı verənlərin etirafı sayıla bilər".

Hüquqşünas hazırda Avropa Məhkəməsinin qərarını gözlədiyini deyib:

"Artıq yazışmalar bitib və məhkəmə bu iş üzrə müşavirəyə çıxıb. Qərar qəbul edildikdən sonra elan olunacaq. Ümid edirik ki, Avropa Məhkəməsi bizim göstərdiyimiz pozuntuları tanıyacaq. Əgər işə qeyri-ədalətli baxılması Avropa Məhkəməsi tərəfindən tanınsa, bu hal işə yenidən baxılması üçün hüquqi əsas yaradacaq. Ümid edirəm ki, o halda həmin dövrdə məhkəmə qərarı olduqda yeni situasiya yaranacaq və işə yenidən baxılacaq. Belə olacağı təqdirdə hökmün dəyişdirilməsi üçün ciddi şans yaranacaq. Əgər əvvəlki illərdə olduğu kimi, Vüqar Əliyevə qarşı qərəzli davranış nümayiş olunmasa, hökm dəyişilə bilər. Məhz bundan sonra Vüqar Əliyev azadlığa çıxa bilər. Biz buna ümid bəsləyirik. Hazırda Avropa Məhkəməsinin qərarını gözləyirik".

Ə.Mustafayev V.Əliyevlə sonuncu dəfə ötən il görşüdüyünü deyib:

"Müəyyən sənədlər lazım olduqda, mütəmadi olaraq, poçt və valideynləri vasitəsilə əlaqə saxlayırıq. Valideynlərinin mənə bildirdiyinə görə, səhhətindən və saxlanma şəraitindən şikayətləri var".

Vüqar Əliyev 2003-cü ildə Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə 2015-ci ildə azadlığa çıxıb.

Qeyd edək ki, Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov bir neçə gün əvvəl vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4515   Tarix: 29 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021