Azərbaycanda ət və çörək də BAHALAŞIB - RƏSMİ /SİYAHI

Azərbaycanda ət və çörək də BAHALAŞIB - RƏSMİ /SİYAHI2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb.

Bakı Statistika İdarəsindən Sonxeber.az-a bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb.

Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.

Konkret olaraq məhsullar üzrə qiymət indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında "Çörək məmulatları və yarmalar" qrupu 0,1 faiz, "Ət məhsulları" qrupu 0,3 faiz, "Balıq məhsulları" qrupu 1,1 faiz, "Yağ və piylər" qrupu 0,2 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər" qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları" qrupu 0,2 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr" qrupu 0,1 faiz, "Araq, brendi (konyak)" qrupu 0,2 faiz, "Pivə" qrupu 0,1 faiz bahalaşıb.

Qeyri-ərzaq məhsullarından "Mebel və ev əşyaları" qrupunun qiyməti 0,1 faiz, "Tibb təyinatlı digər məhsullar" qrupu 0,2 faiz, "Telefon aparatları" qrupu 0,4 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat" qrupu 0,5 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar" qrupu 0,1 faiz, "Zərgərlik məmulatları" qrupu 0,6 faiz, "Sair şəxsi istifadə əşyaları" qrupu 0,9 faiz yüksəlib.

O ki qaldı xidmət sektoruna, hesabat dövründə Bakı şəhərində bu seqmentdə də qiymət artımı baş verib. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi" qrupu 0,5 faiz, "Dəmiryol sərnişindaşıma nəqliyyatı xidmətləri" qrupu 4,6 faiz, "Hava sərnişindaşıma nəqliyyatı xidmətləri" qrupu 2,2 faiz, "Ödənişli ali təhsil haqqı" qrupu 0,5 faiz, "Mehmanxana xidməti" qrupu 0,7 faiz, "Bərbərxana və kosmetik xidmətlər" qrupu 0,1 faiz bahalaşıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4055   Tarix: 30 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021