Eldar Qasımov: Kaş Azərbaycan müğənnilərini tanımayaydım - VİDEO

Eldar Qasımov: Kaş Azərbaycan müğənnilərini tanımayaydım - VİDEO"Məni almanlara və isveçlərə bənzədirlər. Alman dilini bilirəm, amma isveçi heç... Hər dəfə eyni yolu gedirdim, dəyişmək qərarına gəldim. Saçım üzərində də eksprement etdim. Çox da razıyam".

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Həmid Həmidovun "Поговорим?" rubrikasının qonağı olan "Eurovision 2011" qalibi Eldar Qasımov deyib. Müğənni dünyada tanınmağı arzuladığını bildirib. Buna görə də Eldar üzərində çox çalışdığını söyləyib:

"Bu, çox çətindir. Amma mümükünsüz heç nə yoxdur. Buna görə çalışıram. İstəyirəm musiqimi çox adam dinləsin. Xarici seriallar üçün musiqilər yazıram.

Burada məni açılışlara və toylara dəvət edirlər. Az olur, çünki bahalı müğənniyəm. Hər toya getmirəm. Həm də repertuarım hər toya uyğun deyil. Qiymətimi endirməyi düşünmürəm. Əsas odur ki, məni səviyyəli auditoriyası olan toylara çağırırlar. Sənətçi dostlarımdan eşidirəm ki, toyda onlara sifariş edirlər ki, bunu oxuyun, onu oxuyun. Etiraz edəndə isə dava düşür. Təsəvvür edin mən olan toyda belə hadisə baş verir (gülür)".

Azərbaycan şou-biznesindən danışan Eldar bildirib ki, buranı heç bəyənmir:

"Bizim şou-biznes ancaq qalmaqaldır. Bundan hər zaman qaçıram. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, dinləmirəm mahnılarını. Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtdı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum".

Eldar "Cəmiyyətdə 3 nəyi dəyişmək istəyərdiniz" sualına belə cavab verib:

"Təhsili daha yaxşı edərdim. Sənət aləmində çox şeyi dəyişərdim. Bura televiziya, saytlar daxildir. İnsanlara beyinlərində sərbəstlik verərdim. Həmrəyliy olmasını istəyərdim. İnsanlar həyatda dəyərli olduqlarını anlasın. Bütün dünyada insanların asılı yox, azad olmalarını istəyərdim. Ay qonşu evə gec gəlsəm nə deyər, saçımı rəngləsəm nə olar düşünməsinlər. Mentalitet sözünə nifrət edirəm. Bizdə bu kəlmə ancaq pis mənadadır".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2771   Tarix: 31 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar

"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir

14 dekabr
.

Səsləri Murad Adıgözəlzadə və Ayselin qızı ELAN EDƏCƏK - FOTO

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycan adından xalları kimin elan edəcəyi açıqlanıb. Axşam.az xəbər verir ki, xallar Leyla Adıgözəlzadə tərəfindən elan ediləcək. Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, "Avroviziya 2009" mahnı müsabiqəsini

13 dekabr
.

Demet Akalının lüks çantasının qiyməti dodaq uçuqlatdı

Açıqlamaları və paylaşımları ilə tez-tez gündəmə gələn türkiyəli məşhur müğənni Demet Akalın bu dəfə aldığı lüks çanta ilə diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, Akalın dünyaca məşhur bir markaya məxsus yeni çantasını sosial media hesabında "Kiçik yeni körpə, görək biz

17 dekabr
.

Həyat yoldaşından boşanmaq üçün TV proqramına müraciət edən qadın estetiklərlə yeni biri oldu!

Bir dövr "Esra Erolda" proqramına həyat yoldaşından boşanmaq üçün müraciət etməsi ilə tanınan və sonradan paylaşımları ilə fenomenə çevrilən Yazgül Bayat, son vaxtlar etdirdiyi estetik dəyişikliklərlə yenidən diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, "Tək günahı

17 dekabr
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13 dekabr
.

"Sırf o müğənniyə mahnımı 100 minə satardım"

Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib. xəbər verir ki, o, yazdığı mahnılarının qiymətindən danışıb. Söz ustası etirafı ilə diqqət çəkib:. "Mahnımı hörmət edib pulsuz verə bilərəmm yaxud 200-ə sata bilərəm. Müğənni ancaq o mahnını istəsə, 100 min manata sataram. Duetə gəldikdə isə Daml

19 dekabr
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14 dekabr
.

"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"

"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə

13 dekabr
.

Məşhur aktyor "Veliaht"da

Sonuncu dəfə "Ateş kuşları" serialında rol alan aktyor Sayqın Soysalın yeni işi bəlli olub. Axşam.az xəbər verir ki, o, "Veliaht" serialında rol alacaq. Aktyor layihədə "Korkut Karadeniz" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rollarını Ercan Kesal, Akın Akınözü

18 dekabr