"Həyat da kino kimidir, ən maraqlı anında bitir..." - Yaşasaydı, 67 yaşı tamam olacaqdı...

"Həyat da kino kimidir, ən maraqlı anında bitir..." - Yaşasaydı, 67 yaşı tamam olacaqdı...Bu gün Azərbaycanın xalq artisti, Azərdbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür.

Sonxeber.az baku.ws-ya istinadən xəbər verir ki, bu münasibətlə xalq artisti Firəngiz Mütəllimova şəxsi "Instagram" hesabında paylaşım edib. O, mərhum sənətkarla fotolarını paylaşaraq, bunları yazıb:

"YAŞAR - 67. Həyat da kino kimidir, ən maraqlı anında bitir... Allah rəhmət eləsin. Allah o gözəl ailənə can sağlığı versin".

Qeyd edək ki, Yaşar Nuri 1951-ci ildə Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.

Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. Tələbəlik dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazlarını yaradıb.

1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib.

"Alma almaya bənzər", "Yol əhvalatı", "Bəyin oğurlanması", "Ölsəm, bağışla", "Qətl günü", "Mənim ağ şəhərim", "Ağ atlı oğlan", "Yoxlama" və s. kimi məşhur filmlərdə sevilən rolları ilə yadda qalıb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4453   Tarix: 03 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19 aprel
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel