Dünyada xəbərlər
Ukrayna ordusu 2014-cü ildən işğal altında olan bəzi əraziləri azad edib - FOTO
Donetsk vilayətinin Krasnoqorivka yaxınlığındakı Ukrayna hərbçiləri 2014-cü ildən Rusiyanın işğalı altında olan bir neçə mövqeni azad etməyə müvəffəq olub. Bu, təxminən bir həftə əvvəl baş verib. Məlumatı Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Valeri Şerşen yayıb. "Krasnoqorivka yaxınlığınd
25 iyun 2023Tokayev Təhlükəsizlik Şurasını toplayır
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bazar günü Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək və burada Rusiyadakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin məruzələrini dinləyəcək. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. "Sabah səhər preziden
25 iyun 2023Hakan Fidan və Antoni Blinken Rusiyadakı hadisələri müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında şənbə günü telefon danışığı olub. Məlumata görə, danışıqlar zamanı ikitərəfli məsələlər və regional mövzular müzakirə olunub. Həmçinin, bildirilir ki, söhbət zamanı Rusiyada baş verən hadisələr ətrafında da fiki
24 iyun 2023Rostovda qatarların, Lipetskdə avtomobillərin hərəkəti dayandırıldı
Rusiyada hərbi üsyana cəhdlər bağlı fövqəladə tədbirlər barədə xəbərlər yayılmaqda davam edir. Belə ki, Rostov-Dondakı əsas avtovağzalında bütün reyslər təxirə salınıb. Bununla yanaşı, Lipetsk vilayətində regional əhəmiyyətli yolların bir hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Bölgədəki avtomobi
24 iyun 2023Bayden Fransa, Almaniya və Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib. Bu barədə Ağ Evin məlumatında deyilir. Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatını
24 iyun 2023XİN-də Azərbaycan - ÜƏMT əlaqələri müzakirə edilib
Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, görüş zamanı əqli mülkiyyətin qorunması sahəsind
24 iyun 2023Moskvaya gedən yollar bağlanıb – VİDEO
Üsyankar "Vaqner" muzdlularının hərbi karvanının gözlənildiyi Moskvaya gedən yollar Stupino ətrafında bağlanılıb. Hərbçilər Oka çayı üzərindəki körpüləri minalayırlar. Məlumata görə, təhlükəsizlik qüvvələri həmin yerə çoxlu yük maşınları gətirib, yolları bağlayıblar. Bildirlir ki, hakimiyyə
24 iyun 2023Ermənistanda Rusiya - Fransa çəkişməsi: Qriqoryan Ayvazyana qarşı – VİDEO
Ermənistanın Rusiyanı Fransaya dəyişmək istəyi İrəvanda heç də hamının ürəyincə deyil. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bildirilir. Qeyd olunur ki, belə şəxslərdən biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Armen Abazyandır
24 iyun 2023Putin Lukaşenkoya təşəkkür etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" rəhbərliyi ilə danışıqlar barədə rusiyalı həmkarı Vladimir Putinə telefonla məlumat verib. Bildirilir ki, Rusiya Federasiyasının Prezidenti Belarus dövlət başçısına vəziyyətin deeskalasiyası üzrə işinə görə təşəkkür edib
24 iyun 2023İranda prezidentin istefası tələb olundu - VİDEO
Bu günlərdə İbrahim Rəisinin İran prezidenti seçilməsinin iki ili tamam olub. Həmin münasibətlə o, İran dövlət televiziyasına canlı yayımda təqribən saat yarımlıq müsahibə verib, hökumətin daxili və xarici siyasətinə dair məsələlərdən bəhs edib. Lakin elan edildiyinin əksinə olaraq, Rəisi artıq yarıs
24 iyun 2023ABŞ "Vaqner"ə qarşı yeni sanksiyaları təxirə salacaq
ABŞ Rusiyadakı vəziyyət fonunda "Vaqner" özəl hərbi şirkətinə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir. Məlumata görə, ABŞ administrasiyası yeni sanksiyalar tətbiq etməklə Rusiya rəhbərliyinin "tərəfini tuta biləcəyindən" ehtiyat edir. Vaşinqton belə vəziyyətd
24 iyun 2023Priqojin və "Vaqner" üzvləri cəzalanacaqlar?
"Vaqner" dəstəsinin əsgərləri qanuni toxunulmazlıq alacaqlar. Bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata görə, Priqojina qarşı cinayət işinə də xitam veriləcək
24 iyun 2023Priqojin üsyanı: 3 mümkün ssenari – Markov
Rusiyada baş verən silahlı üsyan bir neçə istiqamətdə inkişaf edə bilər. Birincisi, Priqojin Moskva istiqamətinə hərəkət edəcək. Bu zaman döyüş olacaq. Aviasiya zərbələri gözlənilir. İkincisi, Priqojin Rostovda qalacaq. Bu peşəkar şəhər döyüşlərini bilən 20 min əsgərin böyük bir ərazidə qalması deməkdir
24 iyun 2023Rusiya müdafiə naziri və baş qərargah rəisi istefaya göndərilir - İDDİA
Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı "Vaqner" dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatı məlum olub. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəis
24 iyun 2023Moskvada bütün müəssisələr bağlandı, bazar ertəsi qeyri-iş günü elan olundu
Bazar ertəsi, iyunun 26-sı paytaxt sakinlərinin əksəriyyəti üçün qeyri-iş günü olacaq. Bu barədə şənbə günü özünün rəsmi "Telegram" kanalında Moskva meri Sergey Sobyanin məlumat verib. "Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri
24 iyun 2023Rusiyada orduda xidmət yaşı 70-ə qaldırıldı
Rusiya Prezidenti Vladimir Putin səfərbərlik, hərbi vəziyyət və ya müharibə zamanı müqavilə ilə xidmət üçün yaş həddini artıran qanun imzalayıb. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub. Söhbət bu qanunun qüvvəyə minməsindən sonra Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə müqavil
24 iyun 2023Lukaşenko Priqojini razı saldı: "Vaqner" Moskvaya yürüşü dayandırdı
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb. Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. "Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezident
24 iyun 2023Putin Moskvanı tərk edib? - FOTO
Rusiya Prezidenti Valdimir Putinin rəsmi təyyarələri Moskvanı tərk edib. Bu barədə "Flightradar"ın məlumatlarına əsasən xəbər yayılıb. Bildirilir ki, hər iki dövlət təyyarəsi (RA-96021 və RA-96022) Moskvadan Sankt-Peterburqa doğru havaya qalxıblar
24 iyun 2023Rostovda atəş səsləri eşidilir: "Axmat"la "Vaqner" üz-üzədir – VİDEO
Rusiyanın Rostov şəhərində atəş səsləri eşidilir. Müvafiq görüntülər sosial şəəbəkələrdə yayılıb. Bildirilir ki, şəhərə Çeçenistanın "Axmat" xüsusi təyinatlıları gəldikdən sonra "Vaqner" muzdluları ilə atışma başlayıb. Qeyd olunur ki, Rostovda yaşananlar dinc sakinlərin təşvişin
24 iyun 2023Ermitajda bomba həyəcanı: Ziyarətçilər təxliyə olundu
Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər şənbə günü muzeyin minalanması ilə bağlı məlumatla əlaqədar təxliyə edilib. Bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb. "2023-cü il iyunun 24-də Ermitaj binanın minalanması ilə bağlı məlumat alıb. Ziyarətçilər Baş Muzey Kompleksini
24 iyun 2023Rusiyada hərbi vəziyyət rejiminin pozulmasına görə cəzalar sərtləşdirilir
Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət rejiminin pozulması ilə bağlı qanunu imzalayıb. Məlumatı TASS yayıb. Qanuna əsasən, marşrut kartı olmadığı halda, cərimə ödənilənə qədər sərnişin daşımalarının həyata keçirilməsi məhdudlaşdırılır. Sənəddə qeyd olunub ki, "Hərbi vəziyyət haqqında"
24 iyun 2023Krımda partlayışlar olub, hava hücumundan müdafiə sistemləri işə düşüb
Ukraynanın işğal altındakı Krım yarımadasının bir neçə şəhərində partlayış səsləri eşidilib. Partlayışlar Simferopol və Berdyansk şəhərlərində baş verib. Yarımadada hava hücumundan müdafiə sistemləri işə düşüb. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb
24 iyun 2023Lipetsk ərazisində "Vaqner"ə məxsus texnika hərəkət edir
Lipetsk vilayətinin rəhbəri İqor Artamonov "Vaqner" Xüsusi Hərbi Şirkətinin texnikasından ibarət kolonların vilayət ərazisində hərəkət etdiyini bildirib. Bu barədə TASS məlumat yayıb. Qubernatorun sözlərinə görə, hüquq-mühafizə və regional hakimiyyət orqanları tərəfindən bütün zəruri təhlükəsizli
24 iyun 2023Rusiya XİN-dən ölkədə baş verənlərə dair AÇIQLAMA
Rusiya öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq və beynəlxalq aləmdə nüfuzunu gücləndirmək kimi suveren kursunu davam etdirəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mövcud daxili siyasi vəziyyətlə bağlı şənbə günü yaydığı bəyanatda deyilir. Vurğulanır ki, silahlı üsyana cəhd Rusiy
24 iyun 2023"Vaqner"in "VKontakte"dəki səhifələri bloklandı
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin ("Roskomnadzor") tələbi ilə "Vaqner" özəl hərbi şirkətinin və Yevgeni Priqojinin "VKontakte"dəki səhifələri bloklanıb. İcma onları qadağan olunmuş resursların reyestrin
24 iyun 2023Rostov rəhbərliyi sakinləri evlərini tərk etməməyə çağırıb
Rostov administrasiyasının rəhbəri Aleksey Loqvinenko şəhər sakinlərinə "hərbi texnikanın küçələrdən mümkün keçidi" ilə bağlı müraciət edib. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, insanları təhlükəsizlik məqsədilə evlərini tərk etməməyə, şəhərin mərkəzinə getməməyə çağırıb
24 iyun 2023Polşa prezidenti ordunun yüksək səviyyəli döyüş hazırlığına gətirilməsini əmr edib
Polşa Prezidenti Andjey Duda ordunun yüksək səviyyəli döyüş hazırlığına gətirilməsi barədə göstəriş verib. Bu barədə Polşa mətbuatı xəbər verir. Andjey Duda, eyni zamanda, özünün "Twitter" səhifəsində Rusiyadakı vəziyyəti şərh edib. Duda vurğulayıb ki, bu gün səhər saatlarında Rusiyada ba
24 iyun 2023Rusiyada internet kəsilə bilər
Rusiyanın bəzi ərazilərində internetin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb. "Antiterror əməliyyat rejiminin tətbiq edildiyi ərazilərd
24 iyun 2023"Vaqner" Moskvaya 4 saatlıq məsafədədir - FOTO
Rusiyanın Lipetsk vilayətinin Krasnoye kəndi yaxınlığında "Vaqner" özəl hərbi şirkətinin kolonu görünüb. Bunu təsdiqləyən videogörüntülər "Telegram" kanallarından birində yayılıb. "Meduza"nın geolokasiya edə bildiyi videolara əsasən, "Vaqner" üzvlərinin avtomobillər
24 iyun 2023Moskvada antiterror əməliyyatı ilə əlaqədar bütün futbol oyunları ləğv olundu
Moskvada bütün futbol oyunları ləğv edilib. Bu barədə Moskva Futbol Federasiyası öz rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, antiterror əməliyyatı rejiminin tətbiqi ilə əlaqədar şəhərdə bütün futbol oyunları ləğv olunub. "Bələdiyyə merinin sərəncamı ilə əlaqədar şəhərdə kütləvi tədbirlə
24 iyun 2023