Azərbaycanda xüsusi ƏMƏLİYYAT: 1 tona yaxın narkotik aşkar edildi - FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb.
Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisi müəyyən etmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülüb. İlkin sorğu zamanı A.Xəlilov marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək A.Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış keçirilib. Nəticəədə oradan yaş halda çəkisi 1 tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.
Qeyd edilən hər faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1023 Tarix: 14 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAfaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda
7 maySinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO
Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı
7 mayİşdən çıxarılan məşhur cərrah DANIŞDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini
7 mayHərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə
7 mayŞəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih
7 mayBu tələbələrə güzəştlər ediləcək
"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq". APA-ya istinadən bildirir ki, bunu REAL TV-y
7 may"Nigar Arpadarai tapılmır" - Seçicilər
29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il
7 may