Azərbaycanlı döyüşçü: "Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim"

Azərbaycanlı döyüşçü: "Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim""Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim".

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında əslən Gürcüstandan olan həmyerlimiz, kikboksinq döyüş növü üzrə Azərbaycan bayrağı altında 7 qat dünya çempionu olan Alim Nəbiyev deyib.

29 yaşlı döyüşçü çətinliklərə daim sinə gərməyi bacardığını bildirib: "Hər şeyim olduğu vaxtlarda hamı yanımda idi. Yarışdan evə gələndə tanımadığım insanlar gəlib qapımı döyürdülər. Ancaq bəzən uduzduğum zaman yanımda heç kim olmayıb, təyyarədən düşüb taksi ilə evə tək getmişəm. Zirvədə də olmuşam, dibi də görmüşəm. Həyatın hər üzünü görmüşəm, amma heç nə məni ruhdan salmayıb. Yalnız irəli getmişəm. Yaşananlar mənə daha çox stimul verib. Azərbaycanda mənə dəstək olan çox yaxın dostlarım var. 7 ildir yolumu "Qəbələ" İdman Klubu ilə davam etdirirəm. İdmançıya ən vacib olan dəstəkdir. İdmançılara daha çox dəstək olsalar, çempionların sayı artar. Şükürlər olsun ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan bayrağını dalğalandırmaq üçün dayanmadan çalışırıq".

2016-cı ildə muay-tay üzrə (WMC) yüngül çəkidə dünya çempionu olan A.Nəbiyev karyerasının əvvəllərində üzləşdiyi çətinliklərdən bəhs edib: "Ən azı 5 il məşqdən başqa heç nəyi düşünməmişəm. Dünyadan təcrid olunaraq, idman zalında həyatımı keçirmişəm. Evimi, ailəmi, dostlarımı, yaxınlarımı görmürdüm. Boş vaxtım, demək olar ki, olmurdu. Yalnız məşqlərdə, təlim-məşq toplanışlarında olurdum. Yollarda olurdum, fərqli şəhərlərdə yaşayırdım, döyüşürdüm. Elə olurdu ki, ac qalırdıq, pulumuz, sponsorlarımız yox idi, dəstəksiz qalmışdıq. İlk vaxtlar səni heç kim tanımır. Bu üzdən dəstək olmaq istəyən yox idi. Zaman keçdikcə özümü göstərə bildim, qələbələr qazandım, məni tanımağa başladılar. Bundan sonra sponsorlar da oldu, dəstək də".

İdmançı 10 yaşından məşqlərə başladığını söyləyib: "Güclü olmaq istəyirdim. Gündə 2-3 dəfə məşq edirdim. Çempion olmağı arzulayırdım. Əvvəlcə ölkə daxilində çempion oldum. Sonra dedim ki, Avropa çempionu olacağam. Orada da birinci yeri tutduqdan sonra dünya çempionluğunu hədəflədim. Hazırda 7 qat dünya, 3 qat Avropa çempionuyam. İlk müəllimim ukraynalı Ruslan Krivuşa olub. İlk dəfə zala orada getmişəm. Sonra Niderlanda köçdüm və Denis adlı məşqçi ilə hazırlaşmağa başladım. Demək olar ki, dünyada bir nömrəli məşqçidir. Hazırda onunla müqavilə ilə məşq edirəm. Məni yarışlara hazırlayır. İldə 2-3 dəfə ora gedərək, məşqlərimi davam etdirirəm".

Onun sözlərinə görə, uzun illər ərzində əməkdaşlıq etdiyi "Glory" təşkilatı ilə müqavilə müddəti artıq bitib: "İndi "Onefc" adlı təşkilatla yeni müqavilə imzalamalıyam, hazırda danışıqlar gedir. Yanvar-fevral aylarında döyüşüm olacaq. Amma ilk olaraq təlim-məşq toplanışı üçün Tailanda getməliyəm. Döyüşün dəqiq tarixi orada bəlli olacaq".

Döyüşçü ən çətin rəqibinin adını da açıqlayıb: "Ən çətin döyüşüm niderlandlı Nieki Holzkenə qarşı olub. Çox təcrübəli və güclü idmançı idi. "Glory"də 7 il idi ki, çempionluğu əldən vermirdi. Üç raund döyüşdük, çətinliklə qələbə qazandım. Bu həm də ən yaddaqalan döyüşümdür. Çünki ondan sonra idmanda yollarım açıldı. Çünki çox nüfuzlu idmançı idi. Ona qalib gələndən sonra bir çox böyük təşkilatlar mənimlə müqavilə bağlamaq istədilər. 20 yaşlı Alim Nəbiyevə baxanda görürəm ki, döyüşə, qələbəyə, şan-şöhrətə necə ac olmuşam. Bir ildə 12 döyüş keçirməyə gücüm var idi. Bütün dünyada Alim Nəbiyevin kim olduğunu göstərmək istəyirdim. İndi isə 29 yaşım var. Bir il ərzində 12 döyüş keçirə bilmərəm. Maksimum 5-6 görüşdə iştirak edə bilərəm. Çünki artıq dünyada tanınıram, məqsədimə çatmışam".

A.Nəbiyev artıq idmançılar yetişdirdiyini bildirib. O Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar üçün idman zalı açmağı planlaşdırır: "Uşaq vaxtı tanınmış idmançılara baxaraq, çempion olmaq arzusu ilə yaşayırdım. İndi isə uşaqlar mənə baxıb bu idman növünü sevirlər. Hazırda Gürcüstanda yaşayıram. Burada azərbaycanlı uşaqlar üçün idman klubu açmağı düşünürəm. Çox güclü və potensiallı uşaqlarımız var. Onları hazırlaşdırmaq, dünya arenalarına çıxarmaq istəyirəm. Hər biri dünya şöhrətli idmançılar olsun. Bütün dünya azərbaycanlıların gücünü bilməlidir. Planlarımız çoxdur. 20-yə yaxın perspektivli idmançımız var. Onlar yerli çempionatlarda özlərini doğrultsalar, Niderland, Fransa və digər ölkələrdə döyüşmələri üçün maksimum çalışacağam".

29 yaşlı idmançı gənclərə tövsiyə verib: "Hər kəs qarşısına məqsəd qoymalıdır. Hədəfsiz insan gözləri bağlı rinqə atılan döyüşçü kimidir. Havaya zərbə atmaqla, sadəcə, enerjisini tükədir. Məqsədli olmaq isə hədəfə dəqiq zərbə vurmaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1214   Tarix: 18 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021