Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMAVətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər.

Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyon 524 min 9 manat təşkil edib. Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb. Bu, insanların banklara olan inamının artdığını göstərir. Bəs artan inamın əsasında hansı səbəblər dayanır?

Yeni qaydalar nəticəsini verir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Kaspi" qəzetinə açıqlamasında deyib ki, bu gedişlə əmanətlərin həcminin daha da artacağı gözlənilir:

"Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə imkanlarının yaxşılaşdırılması, eləcə də 2024-cü il yanvarın 1-dən etibarən vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması bank depozitlərinin həcminin artmasına səbəb olub. Yeni qaydalara əsasən, əhalinin milli valyutada olan əmanətlərinin aylıq 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olunur. Vətəndaş banka 10 faizlə 24 min manat depozit yerləşdirdikdə, onun aylıq gəliri 200 manat təşkil edəcək və bu vəsaitdən vergi tutulmayacaq. Yaxud banka 8 faizlə 30 min manat əmanət qoyan şəxs illik 2400, aylıq 200 manat gəlir əldə etdiyindən, ondan da vergi tutulmayacaq. Vergi həmin məbləğdən sonrakı hissədən tutulacaq. Bu isə banklara yatırılan əmanətlərin artımına əlavə stimul verəcək. Hazırda əhalinin banklardakı əmanətlərinin həcmi 13 milyard manata yaxındır, ilin sonuna bu rəqəmin yenidən artması gözlənilir".

Bank Məcəlləsi qəbul edilməlidir

A.Hüseynov bildirib ki, bank depozitlərinin həcminin artması banklar üçün daha çox kredit vermə imkanlarını da stimullaşdırır: "Ona görə də bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər. Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda Mərkəzi Bank da bu istiqamətdə çalışır. Maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Tək Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir".

İnsanlar bilir ki, pulunu itirməyəcəklər
Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə, əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb: "Əmanətlərin artmasına səbəb ilk növbədə sığorta mexanizminin normal şəkildə işləməsidir. Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz, dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. Bir nəfər üçün 100 min manat sığorta məbləği mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər vaxtında qaytarılır. Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar bilirlər ki, əmanət itirilməyəcək və qorunur. Gəlirlilik dərəcəsi də kifayət qədər normaldır. Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür".

Sığorta limitinin məbləği artırılsın

X.Məmmədlinin fikrincə, müəyyən addımlar atılsa, hər şey banklar üçün daha da yaxşılaşar: "Gələcəkdə əmanətlərin məbləği daha da arta bilər. Əvvəl fiziki şəxslərin qorunan əmanətlərində limit yox idi. Sonradan 100 min manat limit müəyyənləşdirildi. Əgər Mərkəzi Bank istəsə ki, kommersiya banklarında əmanətlərin məbləği daha da artsın, 100 min manatlıq limiti ya artıra, ya da ləğv edə bilər. Bu zaman banklara daha çox vəsait cəlb olunar. Amma hüquqi və sahibkar fiziki şəxslərin banklardakı vəsaitləri sığortalanmır. Onlar üçün də sığorta mexanizmi yaradılsa, bu da əmanətlərin məbləğinin artırılmasına dəstək olar".

Bəzi banklar var ki...

İqtisadçı Fuad İbrahimov dedi ki, xarici valyutada faizlərin artırılması da insanları stimullaşdırır: "Əmanətlərin həcminin artmasındakı ilk göstərici depozit faizlərinin artmasıdır. Bu, böyük rol oynayır. Bununla yanaşı, vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması da təsir göstərir. Bəzi banklar var ki, xarici valyutada depozit faizlərini artırılmış şəkildə təklif edirlər. Bu da vətəndaşlar tərəfindən müsbət qəbul olunur".

Bu vergi ləğv edilsin

F.İbrahimov qeyd etdi ki, əmanətlərin daha da artması üçün sabitliyi qorumaq lazımdır: "Depozitlərə tətbiq edilən gəlir vergisi yumşalıb. Amma yaxşı olardı ki, bu vergi ümumiyyətlə ləğv edilsin. Çünki pul kütləsinin rəsmi dövriyyəyə cəlb olunması istiqamətində maneə törədən əmsaldır. Vergi aradan qaldırılsa, bu, prosesi daha da stimullaşdıracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1517   Tarix: 11 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel