Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTOAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak və çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, çıxış zamanı Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq məsələlərinə toxunulub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

Çıxışda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Qlobal Dəyərləndirmə Hesabatında (Global Stocktake) nüvə enerjisinin "istixana qazı emissiyalarını azaltmaq üçün" üsullardan biri kimi əks olunmasının nüvədən təhlükəsiz istifadə istiqamətində göstərilən qlobal səylərin vacib nəticəsi olduğu qeyd edilib.

Bu istiqamətdə AEBA nüvə enerjisinin ətraf mühitə təsirlərini öyrənməyə yönələn fəaliyyətin, o cümlədən "Atoms4Climate" kimi təşəbbüslərin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın gələcək perspektivlərinə toxunan nazir Ceyhun Bayramov bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan üçün nəzərdə tutulan növbəti "Ölkə üzrə Çərçivə Proqramı" çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb.

Bu sahədə prioritetimizin, nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.

COP29-a sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağımız diqqətə çatdırılıb.

AEBA-nın bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına dair inam ifadə olunub.

15:54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib.

BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

Qeyd edilib ki, nazir Azərbaycanın nüvə texnologiyalarının tətbiqi, əməkdaşlıq perspektivləri, mina təhlükəsinin aradan qaldırılması, eləcə də COP29-da ev sahibliyinin prioritetləri barədə danışıb

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 273   Tarix: 21 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28 aprel
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29 aprel
.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. axşam.az-a istinadən xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29 aprel
.

"Səs Avropa Eşitmə Mərkəzi" məhkəməyə verildi

"Səs Avropa Eşitmə Mərkəzi Gəncə" MMC məhkəməyə verilib. -ın xəbərinə görə, MMC ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Billur elm istehsalat" şirkəti edib. Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır

29 aprel
.

Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir: "Marojna" yeyək?

Artıq yay fəslini yaşayırıq. dondurma 7-dən 77-ə hər kəsin sevimli qidasıdır. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Bəs keyfiyyətli dondurma necə anlaşılır. Dondurma sezonu başladı. Sağlamlığımız üçün nəyə diqqət etməliyik? . Məsəl

29 aprel
.

Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşdı - VİDEO

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur. Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər. Cəlilabadlı fermerlər də məhsuldarlığı

28 aprel
.

Qətldə şübhəli bilinirdi - İnfarkt keçirib öldü

Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlu qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən 1 saat sonr

29 aprel
.

AYNA məhkəməyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi məhkəməyə verilib. -ın xəbərinə görə, qurumlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciəti "R group Azerbaijan" şirkəti edib. Mahiyyət

29 aprel