Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTOMərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur.

Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisənin baş verdiyi tarixdə növbədə olan həkim və tibb bacısı tərəfindən göstərilən xidmətlə bağlı araşdırma aparılıb:

"Məsələ Tibbi Şurada müzakirə ediləcək, fəaliyyətində nöqsan aşkar edilən tibb personalı barəsində müvafiq intizam tənbehi tədbirləri görüləcək. Əlavə olaraq, şöbə əməkdaşları ilə söhbət aparılıb və müvafiq göstərişlər verilib. Müəssisə rəhbərliyinə nəzarətin gücləndirilməsi tapşırılıb".
Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTOMəlumatda qeyd olunub ki, qollarının kəsildiyi iddia olunan Gülüstan Nadir qızı Dadaşova 10.04.24-cü il tarixində beyin qan dövranının kəskin pozulması, kəskin işemik insult diaqnozu ilə Xəzər Tibb Mərkəzinə qəbul edilib:

"Aprelin 11-də xəstə göndəriş əsasında özəl tibb müəssisəsində MRT (maqnit-rezonans tomoqrafiya) müayinəsindən keçirilib. Növbəti gün səhər saatlarında tibb bacısı tərəfindən xəstənin qollarında kəsiklər aşkar edilib, aseptik sarğı qoyulub.

Pasiyent aprelin 14-də yaxınlarının təkidi ilə öz iltizamnaməsi əsasında kafi vəziyyətdə evə buraxılıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 572   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29 aprel
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

29 aprel
.

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29 aprel
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29 aprel
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Qaynarinfo"nun məlumatına görə, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminind

29 aprel
.

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlə

29 aprel
.

Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. "Report"

28 aprel
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29 aprel
.

"Temperatur iqlim normasından yüksəkdir"

Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi qeyd edib ki, müşahid

29 aprel