"2300 maaşım idi, ayda 15 min manat paket alırdım" - Sabiq nazir

"2300 maaşım idi, ayda 15 min manat paket alırdım" - Sabiq nazirNaxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov vəzifədə çalışdığı 2016-2022-ci illər ərzində digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıblar.

Dövlət Gömrük Komitəsində, eyni zamanda Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifəsində çalışmış Rafael Əliyev 2016-2020-ci illər ərzində digər şəxslərlə əlbir olaraq nağd qaydada dövlət büdcə vəsaitlərini mənimsəyib.

2020-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək maliyyə naziri kimi fəaliyyət göstərən R.Əliyev digərləri ilə əlbir olaraq şişirdilmiş qiymətlərlə hesablara köçürülən pul vəsaitlərini nağdlaşdırma yolu ilə talayıb.

Həmçinin, nazirlikdə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, əmək haqqlarına əlavələr edilərək külli miqdarda büdcə vəsaitləri də israf edilib.

Məhkəmədə çıxış edən təqsirləndirilən Mənsur Əsgərov bildirib ki, o, 2001-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb:

"Ümumi qayda belə olub, o vaxtdan belə görmüşəm. Pullar yük və sərnişin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb. Proseslərdə pullar vəzifəli şəxslər - idarə rəisləri tərəfindən yığılıb maliyyə şöbəsinə verilirdi, proqramla eyniləşdirmə aparıldıqdan sonra pulları komitə sədrinə verirdik".

M.Əsgərov qeyd edib ki, 2020-ci ildə komitə sədri Səhhət Həbibbəyli onu qəbul edib:

"Yeni təyinat aldıqdan sonra komitə sədri məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Ona qədər çalışdığım yerlərdə 400-500 manat paket alırdım. Komitəyə getdikdən sonra, yəni tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3000 manat paket aldım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pullar dollar və manatla yığılırdı. Daha sonra manatla olan pulları dollara dəyişirdik. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim".

Mənsur Əsgərov etdiyi bu hərəkətdən peşman olduğunu bildirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Rəfael Əliyev qeyd edib ki, o, gömrük xidmətinə 2009-cu ildə qəbul olunub. 2011-ci ildən isə maliyyə şöbəsinin rəisi olub:

"Ödənişlər iki istiqamətdə - sərnişin və yük üzrə aparılıb. Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. 2016-cı ilədək yığılan pullar idarə rəisləri tərəfindən birbaşa komitə sədri Asəf Məmmədovun özünə verilirdi. 2017-ci ilin mart-aprel aylarından isə A.Məmmədov tapşırıq verdi ki, vəsaitlər mənə yox, maliyyə şöbəsinin rəisinə verilsin. Verilən manat və dollarları mən də eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədrinə verirdim. Sonradan komitə sədri idarə rəislərini yenidən yanına çağırırdı. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqramın yaradilması təşəbbüsü Səhhət Həbibbəyliyə məxsusdur".

Rafael Əliyev bildirib ki, o, gömrük komitəsindən çalışdığı vaxt hər ay 1500 AZN paket alıb.

R.Əliyev qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlarda şişirdilmiş qiymətləri görüb və o, həmin qurumdan məbləğin 10 faizini alıb. Keçmiş maliyyə naziri bildirib ki, bəzi işçilər ondan öncəki dövrdə işə qəbul olunub və dövlət qulluqçusu olmadan onlara ödənilən vəsaitlər əvvələr də olub.

Dövlət ittihamçısının "Maliyyə naziri kimi nə qədər paket alırdız?" sualına Rafael Əliyev cavabı belə olub: "2300 manat maaşım idi. Hər ay isə 15 min manat paket alırdım".

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Məhkəmə prosesi mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 685   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29 aprel
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

29 aprel
.

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29 aprel
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29 aprel
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Qaynarinfo"nun məlumatına görə, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminind

29 aprel
.

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlə

29 aprel
.

Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. "Report"

28 aprel
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29 aprel
.

"Temperatur iqlim normasından yüksəkdir"

Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi qeyd edib ki, müşahid

29 aprel