Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir.

Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələr həyata keçirilir. Bunlardan biri də "McDonald’s Azərbaycan" şirkətinin Care Group şirkəti ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" adlı təşəbbüsdür. Layihə çərçivəsində internat məktəbinin şagirdləri üçün maarifləndirici və praktiki seminarlar keçiriləcək.

İlin sonunadək davam edəcək layihədə 11 saylı internat məktəbindən 100-dən çox yeniyetmə iştirak edəcək.

Layihənin əsas məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına kömək edəcək.

Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcəkdir.

Layihənin həyata keçirilməsi üçün ekologiya üzrə ekspertlər və müəllimlərlə məsləhətləşmələr əsasında fərdi təhsil proqram təminatı işlənib hazırlanacaq.

Bütün bu tədbirlər "McDonald's Azərbaycan" şirkətinin əməkdaşları ilə birgə həyata keçiriləcək. Ətraf mühitin mühafizəsi daim şirkətin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOTəbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 283   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bu gün aparılan delimitasiya və demarkasiya prosesi Ermənistanın müstəqilliyi üçün vacibdir" - DEPUTAT

"Azərbaycanın 4 kəndinin qaytarılmasını elan olunandan sonra Ermənistanda etiraz aksiyaları davam edir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, bu aksiyaların təşkilatçısı radikal müxalifətdir:. "Radikal müxalifət Paşinyanı hakimiyyətdən yıxmaq üçün bütü

30 aprel
.

"Temperatur iqlim normasından yüksəkdir"

Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi qeyd edib ki, müşahid

29 aprel
.

Anar Məmmədli saxlanılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Bu barədə -ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində araşdırma aparılır

29 aprel
.

ADNA terrorundan 15 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür. xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüsta

30 aprel
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29 aprel
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

29 aprel
.

Bakının məşhur restoranında rəqs edən kişi öldü

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb. -ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib. Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırm

29 aprel
.

"Artıq Paşinyan da anlayır ki, Ermənistanın inkişafı sülh müqaviləsini imzalamaqdan keçir" - DEPUTAT

"Bu gün bəzi qüvvələri Paşinyanın Azərbaycanın şərtləri ilə razılşaması narahat edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, dörd kəndin heç bir güllə atılmadan Azərbaycana qaytarılması tezliklə sülh müqaviləsinin imzalaması ehtimalını artırdı:. "Azərbaycan-Ermənista

29 aprel
.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. axşam.az-a istinadən xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29 aprel