Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildiLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş sabiq MTN-çi Səlim Məmmədov və "8-ci kilometr bazarı"nın keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdilər. Ç.Əsədov "8-ci km bazarı"nın ona qaytarılmasını tələb edib.

Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının ("8-ci km bazarı" da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən, bütün şikayətlər əsassız sayılaraq rədd edilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni zamanda, Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qaytarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 668   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı aparıcının toyundan görüntülər - VİDEO

Azərbaycanlı aparıcı və aktrisa Səhər Əkbər ailə həyatı qurub. xəbər verir ki, ötən gün paytaxt məkanlarından birində aparıcının toyu olub. O sevib-seçdiyi Naci Həmid adlı bəylə evlənib. Aparıcının özəl günündə ailə üzvləri, yaxınları və dostları yer alıblar. Səhər Əkbərin toyundan görüntülər təqdi

30 aprel
.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməyə verildi - SƏBƏB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməlik olub. xəbər verir ki, Abdullayev Samir Zahid oğlu agentliklə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib. Hakim Gülşən Əliyevanın icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəda

30 aprel
.

Sabirabadda istixanada FACİƏ: Gənc oğlan öldü

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb. APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 28 yaşlı Məmmədov Ramil Mübariz oğlunu istixanada elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır

29 aprel
.

"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - DEPUTAT

"Televiziyalarda yayımlanan verlişlərə nəzarət gücləndirilməlidir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, həm televiziyalara nəzarət edən qurum, həm də telekanalın rəhbəri verlişlərə ciddi şəkildə nəzarət etməlidir:. "Hazırda Azərbaycan telekanalları

29 aprel
.

Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir: "Marojna" yeyək?

Artıq yay fəslini yaşayırıq. dondurma 7-dən 77-ə hər kəsin sevimli qidasıdır. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Bəs keyfiyyətli dondurma necə anlaşılır. Dondurma sezonu başladı. Sağlamlığımız üçün nəyə diqqət etməliyik? . Məsəl

29 aprel
.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. axşam.az-a istinadən xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29 aprel
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

30 aprel
.

"BakıKART" artıq m10-da!

m10 elektron pulqabı "BakıKART" ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür. İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqab

30 aprel
.

Anar Məmmədli saxlanılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Bu barədə -ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində araşdırma aparılır

29 aprel