Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - Fotolar

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FotolarXəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində - Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsaylı yol-nəqliyyat hadisələrindən biridir.

Belə ki, martın 15-dən əsaslı təmir işlərinin aparıldığı 8 Noyabr prospektində təhlükəsizlik tədbirlərinin yetərincə həyata keçirilməməsi səbəbindən bir neçə dəfə burada müxtəlif qəzalar baş verib. Xatırladaq ki, "Qafqazinfo" ərazidəki təhlükəli vəziyyətlə bağlı bir neçə gün əvvəl də məlumat yaymışdı.

Son hadisənin baş verdiyi ərazidə apardığımız müşahidələr zamanı da asfalt örtüyünün qaşınması, müxtəlif qazıntı işlərinin görülməsi və təhlükəsizliklə bağlı önləyici tədbirlərin görülməməsi məlum oldu. Maraqlıdır ki, gecə saatlarından başlayan qazıntı zamanı əldə etdiyimiz görüntülərdən aydın olur ki, ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Səhər isə yola çıxan sürücülər yeni sürprizlərlə qarşılaşıblar.

Əlbəttə, qəza səbəbi ilə bağlı qəti fikir deyə bilmərik. Amma yolun hazırkı vəziyyəti ortadadır və təmir-bərpa prosesi zamanı təhlükəsizlik tədbirlərinin kifayət qədər təmin edilmədiyi bu yol yenə də qəzalara səbəb ola bilər.
Qeyd edək ki, bu gün səhər saat 06:50 radələrində baş vermiş hadisədə Zığdan mərkəz istiqamətində hərəkət edən Aytən Səfərovanın sürdüyü "Hyundai" markalı avtomobil dönmə manevri həyata keçirən "Hyundai İX35" markalı digər avtomobilə çırpılıb. Zərbənin təsirindən həmin avtomobil aşıb və nəqliyyat vasitəsində olan sərnişin həyatını itirib. Aytən Səfərovanın sürdüyü avtomobil isə yolun kənarındakı "KİA"ya çırpılaraq dayanıb.

Aparıcı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FotolarAytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FotolarAytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FotolarAytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FotolarAytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FotolarAytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - Fotolar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1791   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

30 aprel
.

Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı

Güləş üzrə U-17 Azərbaycan çempionatında qızıl medal qazandıqdan sonra sosial şəbəkələrdə anasına kövrələrək təşəkkürü ilə gündəm olan Hacıhüseyn Əhmədzadə açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, "Xəzər TV"yə danışan idmançı həmin anları şərh edib. O, güləşdə uğur qazanmasınd

29 aprel
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29 aprel
.

Bakının məşhur restoranında rəqs edən kişi öldü

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb. -ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib. Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırm

29 aprel
.

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Ətraflı. "Yeni Sabah" xəbər verir ki, bunu Trend-ə Mill

30 aprel
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29 aprel
.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. axşam.az-a istinadən xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29 aprel
.

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Ermənistanın Dövlət Arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbəttə, biz Azərbaycan, yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərək, qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərini

30 aprel
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29 aprel