Kağız pullar qorxulu mikroblar yayırmış

Kağız pullar qorxulu mikroblar yayırmışGün ərzində əldən-ələ dolaşan kağız pullar mikrob daşıyıcıları hesab olunur.Buna görə də, kağız pullardan istifadə edərkən diqqətli olmaq lazımdır. İsveçrə bankının tələbi ilə cenevrəli elm adamları müxtəlif qrip virusu növlərini isti, soyuq, nəmli məkanlarda istifadə edilmiş kağız pulların üzərinə qoyaraq, araşdırma aparıblar. Bunun nəticəsində tədqiqatçılar virusun sıx olduğu bölgələrdəvirus köklərinin günlərcə, hətta iki həftədən çox müddət ərzində sağ qaldıqlarını aşkar ediblər. Araşdırmalara əsasən, ən yeni pulların üzərində belə tənəffüs yolları və bağırsaqlarda xəstəlik törədə biləcək 2.400 bakteriya mövcud olub. Mütəxəssislər qeyd edir ki, insanlar əllərini tez-tez yumadığı, şəxsi gigiyenalarına düzgün əməl etmədikləri üçün pullar yeyinti məhsullarına qətiyyən toxunmamlıdır.

Azərbaycan Tibb Universitetinin Ftizatriya Kafedrasının müdiri, dosent Rafiq Bayramov da Modern.az-a bildirib ki, infeksiya ilə çirklənmiş pullarda xəstəlik törədici mikroblar uzun müddət həyat fəaliyyəti qabiliyyətini saxlayır.

"Yalnız kağız pulların deyil, metal pulların (qəpik) da bir çox xəstəliklərin yayılmasında əsas infeksiya mənbəyi olmasını söyləmək olar. Məsələn: insanların yoluxma riski çox yüksək olduğu vərəm çöpləri kağız pulların üzərində 10 gündən 3 ayadək, bəzən isə daha çox yaşaya bilir və nəticədə bu pullardan istifadə edən digər insanların yoluxmasına səbəb olur.

Pullar vasitəsilə tənəffüs, həzm və təmas yolu ilə yoluxan əksər infeksiyalara (qrip, bağırsaq infeksiyaları, hətta zədələnmiş dəridən hepatit c, QICS kimi təhlükəli infeksiyalara da) yoluxma ola bilər".

Qida məhsulları satan satıcılar ərzaqlara toxunduqdan sonra, birbaşa pula da toxunurlar. Ya da əksinə, pula toxunduqdan sonra ərzaqla təmasda olurlar. Bu zaman çirkli pullardakı mikroblar satıcılar vasitəsilə ərzağa da çökə bilər. Ya da hansısa çirklənmiş məhsuldakı mikroblar satıcı vasitəsilə pulun üzərinə düşə bilər. Həmin pullardan istifadə edən şəxslər tənəffüz yolu ilə yoluxa vəbağırsaq anomaliyası xəstəliyinə tutula bilər.

R.Bayramov deyir ki, müxtəlif viruslara yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına maksimum dərəcədə əməl etmək lazımdır.

Pullar sayılarkən barmaqlartüpürcəklə isladılmamalıdır.Pulları sayarkən edilən bu xoşagəlməz vərdiş nəticəsində həmin insan özündə olan infeksiyanı pula yoluxdurmaqla yanaşı, pulun üzərindəki mikrobları da özünə bulaşdırır. Əlavə olaraq da, valideynlər uşaqların pullara təmas etməsinin qarşısını almaq üçün də müəyyən tədbirlər görməlidirlər. Pul ilə təmasdan sonra əlləri ağıza salmadan, ictimai yerlərdə tutacaqlardan, qapı dəstəklərindən tutmadan əlləri sabunla yumaq mütləqdir.

Ümumən avropalılar arasında kağız pulların infeksiya mənbəyi olduğuna inananlar əsasən türk millətləridir. Türk millətinin 100-də 86-sı nağd pulların təmiz olmadığı qənaətindədir və 100-də 40 nəfəri pula toxunduqdan sonra mütləq şəkildə əllərini sabunla yuyur.

Aparılan araşdırmalarda məlum olub ki, avropalıların 88%-i başqa birinin diş fırçasından istifadə etməyi və ümumi tualetləri natəmizlik hesab edirsə, ikinci yerdə 86% göstərici ilə natəmizlik kimi insanların kağız pullara toxunması durur.

Nəğd pulun aradan qaldırılması yönündəödəniş növü olaraq hansı alternativ metoda üstünlük verdiklərini soruşduqda, Türk istehlakçılarının 66%-i Avropanın digər bazarlarından fərqli olaraq təmassız kartlara üstünlük verdiklərini ifadə ediblər. Onların 63%-i kredit kartı, 41%-i onlayn ödəniş və 26%-i mobil ödəniş növünü seçiblər.

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, kağız pullardan onlayn alış - verişə keçid artıq 30 ilə yaxındır ki, dünya ölkələrinin əksəriyyətinin prioritet mövzusuna çevrilib.

"Kağız pulların infeksiya mənbəyi olması və onların mübadiləsində vergidən yayınma hallarının artması nəticəsində bu mövzu əksər ölkələrin diqqət mərkəzindədir.Bu sahədə Skandinaviya ölkələri, bir də Avstraliya dünyanın liderləri sayılır. Məsələn, 2016-cı ilin məlumatlarına görə, Avstraliyada alqı – satqının 90%-dən çoxu nağdsız ödənişlərdən ibarətdir. Yəni müştəri qəzetdən tutmuş, avtomobil almağa qədər hər şeyi nağdsız ödənişlər vasitəsilə həyata keçirir. Dünya artıq bu yolla gedir. Bu həm də iqtisadiyyatda şəffaflığın artırılması yolu ilə büdcəyə daha çox verginin cəlb olunması üçün də vacibdir".

Natiq Cəfərli ölkə olaraq bu siyahıda çox aşağı yerlərdən birini tutduğumuzu vurğulayıb.

"İstənilən ölkənin əsas məqsədlərindən biri iqtisadiyyatı şəffaflaşdırmaq və nağdsız alış-verişin həcmini artırmaqdır. Azərbaycan ərazisində ticarət əməliyyatlarının 94%-i nağd şəkildə həyata keçirilir. Yəni kartla onlayn ödəmələr bizdə çox aşağı səviyyədədir. Gigiyenik qaydalara uyğun olaraq, həm gigiyenik normaların uyğunluğu, həm də iqtisadiyyatın şəffaflığı nöqteyi-nəzərindən nağdsız ödənişlərə keçid əsas prioritetlərdən biri olmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1627   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb

7 may
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

6 may
.

Bu tələbələrə güzəştlər ediləcək

"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq". APA-ya istinadən bildirir ki, bunu REAL TV-y

7 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

6 may
.

Ermənilər QORXUDA: Azərbaycan xüsusi təyinatlıları Kirants ərazisindədir...Əslində isə... - VİDEO

Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. xəbər verir ki, bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb. Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb"

7 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

7 may