Ərdoğan Qarabağ məsələsində Ermənistana təzyiq göstərəcək
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın maraqlarını qorumasına baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan qarşıdurmasına müdaxilə olunması barədə danışarkən müəyyən ehtiyatlılıq göstərir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında məşhur rusiyalı bloqer, siyasi analitik Denis Korkodinov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda üçüncü cəbhənin açılması Ankara üçün çətin addımdır.
"Bununla əlaqədar Ərdoğan, güman ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistana diplomatik təzyiq göstərməyə çalışacaq, ancaq Türkiyənin Azərbaycan və Ermənistan arasındakı təmas xəttindəki hərbi əməliyyatlarda iştirakını gözləmək lazım deyil", - o qeyd edib.
Ekspert bildirib ki, ancaq bu, Ankaranın Dağlıq Qarabağ probleminin həlli prosesindən uzaqlaşması demək deyil.
"Ən azından, Türkiyə Cənubi Qafqazda strateji cəhətdən mühüm layihələrin reallaşmasında maraqlıdır ki, bu da Ankaranın Dağlıq Qarabağ problemindən uzaqda qalmasına imkan vermir.
İlk növbədə, Bakı, Tbilisi və Qars arasındakı dəmir yolu xətti Türkiyənin maraqlarına cavab verib. Bu layihə Cənubi Qafqazla Avropa arasında Türkiyədən keçməklə vahid dəmir yolu şəbəkəsinin yaradılmasına xidmət edir", - müsahib əlavə edib.
O əmindir ki, Ankaranın Avropa Birliyi ilə əlaqələrin qurulmasına xüsusi maraq göstərdiyini nəzərə alsaq, bu dəmir yolu şəbəkəsinin Ərdoğanın xarici siyasətində vacib mərhələ olduğunu deyə bilərik.
"Türkiyənin Dağlıq Qarabağ məsələsinə olan marağı Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi qaz marşrutlarının fasiləsiz işinin təmin edilməsi zərurətini yaradıb.
Bu marşrutların qorunmasının strateji əhəmiyyəti hazırkı mərhələdə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hərbi müdaxilə etməsinə imkan vermir", - Korkodinov hesab edir.
Analitikin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi vəziyyətində Ankara hərbi əməliyyatarda birbaşa iştirakın mümkünsüzlüyünə baxmayaraq, Ermənistanla sərhəddə, həmçinin Naxçıvan Muxtar Respublikasında hərbi varlığını artıra bilər.
"Bu, Ermənistanın cəbhə xəttində fəaliyyətinin neytrallaşmasına və güc balansının təmin olunmasına imkan verəcək. Ən azından, Türkiyə amili regional gərginliyin neytrallaşdırılması üçün əhəmiyyətli olacaq", - müsahib bildirib.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdədir. Bu, Ərdoğanın 24 iyulda keçirilən prezident seçkilərində qalibiyyətindən və andiçməsindən sonra ilk səfəridir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1602 Tarix: 10 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans
11 sentyabr 2021"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam
31 avqust 2021"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd
6 sentyabr 2021Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür
Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa
15 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021