Elxan Şahinoğlu: "ABŞ-ın səfirliyinə hücum sıradan bir hadisə deyil"

Elxan Şahinoğlu: "ABŞ-ın səfirliyinə hücum sıradan bir hadisə deyil"İraqın paytaxtı Bağdadda dövlət binaları və xarici diplomatik missyaların yerləşdiyi qapalı "yaşıl zona" adlı əraziyə 5 raket atılıb. Raketlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb. Xəsarət alanlar barədə məlumat verilməsə də, səfirliyin əməkdaşlarının təxliyə olunduğu bildirilir. Daha əvvəl də ABŞ səfirliyi atəşə tutulsa da, mərmilər ətraf ərazilər düşürdü. Hələlik hücum edənlərin kimliyi bilinmir. Ancaq ötən ilin dekabrında ABŞ səfirliyinə hücum edən bir qrup səfirliyin qarajına daxil olmuşdu.

Bu hadisələr İraqda Amerika əleyhinə etirazların və İranla gərginliyin artdığı bir dövrdə baş verir. Ötən həftənin cümə günü Bağdadda ABŞ əleyhinə "milyonluq" aksiya keçirilib.
Vaşinqton qüvvələri İraqdan çıxarmayacağını bildirsə də, ötən həftə Davosda İraqın kürd liderləri ilə görüşən ABŞ prezidentinin gündəmində Ərbil və ətrafında yeni hərbi bazalar qurulması ilə bağlı danışıqların aparıldığı iddia olunurdu. Ehtimal ki. Vaşinqton Bağdadda vəziyyətin gərginləşəcəyi halda hərbi gücünü Ərbilə köçürmək variantı üzərində işləyir. Bu isə İraqda qarşıda ciddi gərginlik və yeni xaos olma ehtimalını gücləndirir.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu son illər İraqda xaosun yaşandığını qeyd edib:

"İraqda dövlət quruluşu ləğv edilib, mərkəzi hökümət çox proseslərə nəzarət edə bilmir. "Yaşıl zona"da bilirsiniz ki, dövlət binaları, səfirliklər yerləşir. Qalan zonalara isə polis və ordu nəzarət etməkdə çətinlik çəkir. Ona görə də bu dövlətdə xaos yaşanır. Kürdlər öz bildiklərini edir, sünni və şiə qruplaşmaları arasında qarşıdurma olur. Üstəlik də işsizlik və iqtisadi, sosial vəziyyətin ağırlığı insanları küçələrə çıxmağa sövq edir. Bununla da toqquşmalar yaşanır. Son statiskada sosial çağırış və çıxışlar zamanı 500 nəfərə yaxın şəxs qətlə yetirilib. İndi də səfirliklərə müyyən hücumlar olunur.
İraqda təkcə anti-Amerika əhval-ruhiyyəsi yox, eyni zamanda İran əleyhinə də şüarlar səslənir".

Politoloq mərkəzi hökümətin ölkəyə nəzarət edə bilmədiyinə görə İraqda müxtəlif toqquşma, dağılma proseslərinin davam edəcəyini açıqlayıb:

"İndi İraqda Amerikanın hərbi bazaları var. ABŞ prezidenti Davosda İraq prezidenti ilə görüşdü. İraqın iqtisadiyyatı dirçəldə biləcək müəyyən qədər neft yataqları var. Amma görürük ki, İraq mövcud problemlərini təkbaşına həll edə bilmir. Ona görə də bir çox dövlətin maraqları İraqda parçalanır. Sonda da belə toqquşmaların yaşandığı görünür.
ABŞ-ın səfirliyinə hücum sıradan bir hadisə deyil. Adətən Amerika belə hadisələrə çox sərt reaksiya verir. Bildirim ki, Amerikanın səfirliyinə edilən hücumla bağlı hansısa bir cavab aksiyası həyata keçirməyi də gözləniləndir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5199   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

3 may
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

3 may
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

3 may
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

4 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

4 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may