Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib.
"Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddia edib.
Artıq çıxış yolunun qalmadığını bildirən qadın məktəbdə kollektiv şəkildə mənəvi zorakılığa məruz qaldığını deyib:
"Üç aydır bütün qurumlara müraciət etdim. Buradan səsləndim ki, iş yerimdə mənə böhtan atırlar, hücumlar edirlər, təkləyiblər. Heç kim bu şiddətin qarşısını almadı".
Uşaq Birliyinin rəhbəri məktəbin direktor müavini Fəridə Haqverdiyeva barəsində də ittihamlar səsləndirib, onun qərəzli münasibəti ilə üzləşdiyini bildirib.
Daha sonda N.İsmayılova ilə əlaqə saxlanılan zaman o bildirdi ki, polis əməkdaşları gələrək onu son anda intihar etmək fikrindən daşındırıblar.
İttihamlarla əlaqədar məktəbdən bildirilib ki, uşaq birliyi rəhbəri kimi çalışan (müvafiq səbəblərə görə adı qeyd olunmur) əməkdaş xeyli müddətdir ki, vəzifə səlahiyyətlərinə dair üzərinə düşən işləri yerinə yetirmir, təhsil müəssisəsinin normal fəaliyyətini pozur və məqsədyönlü konfliktlər yaradır:
"Bununla bağlı məktəb rəhbərliyi tərəfindən həmin əməkdaşla dəfələrlə söhbətlər aparılıb, ona vəzifə funksiyaları və öhdəlikləri izah olunub, normal fəaliyyəti üçün müvafiq dəstək göstərilib.
O, 3 may 2024-cü il tarixində səhər saatlarında məktəbə gələrək heç kimlə ünsiyyət qurmadan otağına daxil olub və qapını bağlayıb. Daha sonra isə sosial şəbəkə səhifəsində paylaşım edib".
Qeyd edilib ki, məsələdən xəbərdar olan məktəb rəhbərliyi dərhal hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verib. Hazırda aidiyyəti üzrə araşdırma aparılır.
Fotoda Nərminə İsmayılova
Fotoda Fəridə Haqverdiyeva

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2101 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr