Azəriqaz işçilərinin mindən çoxunu ixtisar edəcək

Azəriqaz işçilərinin mindən çoxunu ixtisar edəcəkQurumda ciddi struktur dəyişiklikləri aparılır, paytaxtdakı qaz idarələri ləğv olunduİşini itirənlərə əməkhaqqının 5 misli miqdarında kompensasiya ödəniləcək.

"Azəriqaz" İstehsalat Birliyinin Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel, Suraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, "Azəriqaz" növbəti struktur dəyişikliyi ilə bağlı əmr verib. "Azəriqaz" İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin maddi-texniki bazalarında Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılır.

M.Qəhrəmanlı qeyd etdi ki, rayon qaz istismar sahələrinin hər birində təxminən 80-100 nəfər işçi çalışır. Buna görə də 1000-ə yaxın işçinin ixtisara düşəcəyi gözlənilir: "Təşkilata daxil olan məlumata görə işçilərə noyabrın 16-da bildirişlər veriləcək. Bu işçilərin işlə təmin edilib-edilməyəcəyi isə bəlli deyil. Hazırda onlar təşvişdədir. İşçilərin arasında ixtisara düşənlər olacaq".

Əmr noyabrın 10-da imzalanıb. Strukturların ləğv edilməsi və digər məsələlərin icrası ilə bağlı komissiya yaradılıb.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev virtualaz.org saytına məlumatı təsdiqləyib.

"Azəriqaz"ın yaydığı əlumatda deyilir ki, mövcud xərclərin optimallaşdırılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasının davamı olaraq, 10 noyabr tarixindən İB-in tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbayel, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.

Bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb. Ləğv edilmiş Abşeron və Bakı şəhəri üzrə Qaz İstismarı Sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan departamentlərin ştat cədvəli SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib.

Həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər.

Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq İB-in İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur.

Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə "SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair" Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət ediləcək. Artıq 10 noyabr, 2015-ci il tarixdən adı çəkilən proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən işçilər 1 ay müddətində proqrama qoşulmaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının işçilərinə şamil olunacaq.

Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri "Azəriqaz" İB və İRD tərəfindən operativ şəkildə araşdırılacaq və nəticə barədə vətəndaş məlumatlandırılacaq.

bizimyol.info


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3506   Tarix: 13 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021