Azərbaycanda azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı tutan 19 yaşlı oğlandan iyrənclik: Tövlədə...

Azərbaycanda azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı tutan 19 yaşlı oğlandan iyrənclik: Tövlədə...Azyaşlı oğlanı zorlayan 19 yaşlı Cəlilabad rayon sakini Cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Sonxeber.az Ölkə.Az-a istinadən xəbər verir ki, 2017-ci ilin iyun ayında azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Əliqsimət İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əliqismət İmanov 30 iyun 2016-cı il tarixdə, saat 19 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində yaşadığı evin qarşısından 2004-cü il təvəllüdlü Sadiq Babayevlə rastlaşıb.

Bacısı ilə şantaj etdi

O, Sadiq Babayevi yaşadığı evə gətirib. Həmin vaxt evdə heç kim olmayıb. Əliqsimət İmanov evdə heç kimin olmamasından istifadə edərək Sadiq Babayevə qarşı seksual xarakterli hərəkətlərə can atıb. O, S.Babayevə belə bir iyrənc təklif edib.

Amma Sadiq Babayev onun təklifi ilə razılaşmayıb. Bu zaman Əliqismət İmanov onu şantaj edib. O, Sadiq Babayevin öz bacısına qarşı əxlaqsızlıq hərəkətlər etməsini gördüyünü, bunu valideyinlərinə deyəcəyi ilə hədələyib.

Bundan sonra Sadiq Babayev Əliqismət İmanovla razılaşıb. Əliqsimət İmanov onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı başqa seksual xarakterli hərəkətlər edib.

"Bacısına əxlaqsız hərəkətlər etdiyini gördüm"

Əliqismət İmanov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Məlumat üçün bildirək ki, Sadiq Babayev Göytəpə şəhər 1 saylı orta məktəbin şagirdi olub.

Onun barəsində cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əliqismət İmanov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Sadiq Babayev ilə qonşuluqda yaşayır:

"Sadiqin 12, onun bacısı Cəmilənin isə 11 yaşı olduğunu bilirəm. Bu hadisədən təxminən 3-4 ay əvvəl evimizin yaxınlığında olan dərədə Sadiqin Cəmilənin paltarını soyundurduğunu, ona qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etdiyini gördüm".

"Ana söyüşü söydüyünü dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Cəmilə onu görən kimi paltarlarını geyinib və evlərinə edib:

"Sadiq isə orada qaldı və məndən bu barədə heç kimə deməməyimi xahiş etdi. İyunun 30-da qonşumuz Samirin mənə Rabilin ana söyüşü etdiyini bildirdi. Mən də Hafizə bu işi aydınlaşdıracağımı dedim".
Əliqismət İmanov qeyd edib ki, həmin gün, saat 19 radələrində Sadiq onların küçələrindən keçib: "Bu zaman Sadiqi evimizin həyətinə çağırdım. Ona bacısına qarşı etdiyi hərəkəti barədə evlərində deyəcəyimi bildirdim".

"Tövlədə cinsi əlaqədə olduq"

Əliqismət İmanov bildirib ki, Sadiq bu barədə heç kimə deməməsini ondan xahiş edib:

"Sadiqə mənimlə bir dəfə arxadan cinsi əlaqədə olsa, heç kimə deməyəcəyimi söylədim. Sadiq də mənimlə razılaşdı. Sonra Sadiqi həyətimizdə olan tövləyə apardım. Tövlənin içərisində Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Ona cinsi əlaqədə olmağımla bağlı heç kimə bir söz deməməsini tapşırdım. O da heç kimə danışmayacağını dedi".

"Məni həyətlərinə apardı"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sadiq Babayev bildirib ki, iyunun 30-da, saat 19 radələrində babası Səfərin evindən çıxıb və dayısı oğlu Samir ilə birlikdə küçə ilə evilərinə gedib:

"Evə gedərkən qonşumuz Əliqismət İmanovun evlərinin yanından keçdik. Bu zaman Əliqismət bizi gördü. Əvvəl Əliqismət Samiri yanına çağırdı və sonra ona evinə getməsini bildirdi. Mənim isə həmin yerdə qalmadığım üçün söyüş söydü. Samir də evinə getdi. Sonra Əliqismət mənə "sən qal səninlə işim var", - deyə bildirdi. Əliqismətə evə getməli olduğumu bildirsəm də, Əliqismət qolumdan tutaraq evlərinin həyətlərinə apardı".

"Bacımla əxlaqsız hərəkətlər etmədiyimi dedim"

Sadiq Babayevin sözlərinə görə, həyətdə Əliqismət onu şantaj edib və cinsi əlaqədə olmağı təklif edib:

"Əliqismət dedi ki, əgər onunla cinsi əlaqədə olmasam, dərədə bacıma əxlaqsız hərəkətlər etdiyimi uşaqlara deyəcək. Mən isə belə bir şeyin olmadığını söylədim. Həm də Əliqismət təxminən bir həftə qabaq da mənə cinsi əlaqədə olmağı təklif etmişdi. Lakin onun bu təklifdən imtina etmişdim. Bu zaman Əliqismət atama və uşaqlara bacım ilə əxlaqsız hərəkətlər etməyimi deyəcəyi ilə məni qorxutdu. Mən bacım ilə əxlaqsız hərəkətlər etmədiyimi, yalan məlumatlar yaymamasını Əliqismətə dedim".

"Qışqırsam da, köməyimə gələn olmadı"

Zərərçəkmiş bildirib ki, kimə nə deyəcəyindən asılı olmayaraq Əliqismətlə cinsi əlaqədə olmayacağını deyib: "Bundan sonra Əliqismət məni həyətlərində olan tövləyə apardı. Orada Əliqismət üzümü divara çevirdi. Onu kənara itələmək üçün əllərimi divara dirədim. Amma gücüm çatmadı. Əliqismətin öz şalvarını aşağı çəkdi, zorla məni də soyundurdu. O, zorla mənimlə cinsi əlaqədə oldu. Həmin vaxt qışqırsam da, heç kim həmin yerə gəlmədi".
Sadiq Babayev bildirib ki, Əliqismətə bu barədə evdə ata-anasına deyəcəyini söyləyib: "Əliqismət də mənə bu barədə evdə deyən "peysərdir" ifadəsini işlətdi. Sonra evə gəldim. Anama Əliqismətin mənimlə zorla cinsi əlaqədə olduğunu dedim. Bundan sonra anam bu hadisəni atama söylədi. Atam da Cəlilabad rayon polis şöbəsinə şikayət etdi".

Məhkəmənin hökmü ilə Əliqismət İmanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əliqismət İmanovun vəkili Tağı İbrahimov apellyasiya şikayəti verib.

Vəkil şikayətində müdafiə etdiyi şəxsin günahı olmadığını, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkilin hazırladığı şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Əliqismət İamnovla bağlı verilən apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti Əliqismət İmanovun apellyasiya şikayətinin əsassız olduğunu qeyd edib və onun barəsində verilən şikayəti təmin etməyib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 17005   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021