Putin, Ruhani və Əsəd Ərdoğanın qarşısında niyə GERİ ÇƏKİLDİ?
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə İdlib razılığı regiondakı mənzərəni dəyişdi. Bütün dünyanın müharibə gözlədiyi şəhərdə sülh əldə olundu, Əsəd və müxaliflər arasında təhlükəsizlik zonası yaradıldı. Maraqlıdır ki, İdlibə hücuma hazırlaşan Əsəd niyə razılaşmaya boyun əydi? O da maraqlıdır ki, İran İdlib razılaşmasında yer almadı.
Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, türkiyəli yazar Mehmet Acet İdlib razılaşmasının pərdəarxasında baş verənləri ortaya çıxarıb.
Türkiyəli yazar qeyd edir ki, Əsəd rejimi bu razılaşmanı məmnuniyyətlə qarşıladığını açıqladı.
Hərçənd, bu açıqlamanı "Qızıl teştə qan qusmaq" kimi oxumaq lazımdır. Çünki bu razılaşmanın ilk itirəni Əsəd rejimi oldu. Ruslar Ərdoğanla razılaşmaq məcburiyyətində qaldılar. Çünki İdlibdə Türkiyənin nəzarətində Milli Qurtuluş Cəbhəsi adı altında toplanan 60 min döyüşçü var. Əsədin bu ordu ilə döyüşmək gücü yoxdur.
Razılaşmada sürpriz olan İranın İdlib məsələsinə qarışmamasıdır. Burada iki səbəb var: birincisi, İran daxildə ciddi problemlərlə məşğuldur. Noyabr ayında ABŞ neft də daxil olmaqla geniş çaplı sanksiya tətbiq edəcək. İkincisi, İran sanksiyaların tətbiq ediləcəyi ərəfədə Türkiyə ilə qarşıdurma istəmir. Çünki sanksiyalar məsələsində Türkiyənin ona dəstək verməsini istəyir.
Putinin Ərdoğanın şərtləri ilə razılaşmasının səbəbi isə İdlibdə başlana biləcək döyüşlərin Hələbə, Hamaya və Suriyanın digər ərazilərinə də keçməsi ehtimalı idi.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1648 Tarix: 20 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTıxacda söyüş söydüyü üçün dava çıxdı - 4 nəfər xəstəxanalıq oldu
Türkiyədə piyada ilə sürücü arasında dava çıxıb. xarici mediaya istinadən xəbər verir ki, baş verən dava nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıb. İddiaya görə, yolda gedənşəxs onunla hərəkətdə olan avtomobildə olan şəxslər arasında "söyüş" səbəbilə mübahisə yaranıb. Mübahis
1 mayYaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ
Sunami ən böyük dağıdıcı təbiət hadisəsidir. Bu söz yaponca "liman" mənasını verən "tsu" və "dalğa" mənasını verən "nami" sözlərinin birləşməsindən yaranıb. Yaponiya yerləşməsi səbəbindən təbiətin bu dağıdıcı qüvvələrinə tez-tez məruz qalır. Bütün təbii fəlakətlə
1 maySivilizasiyanı məhv etməyə qadir olan kosmik şüa barədə XƏBƏRDARLIQ EDİLDİ
Qamma şüalarının partlaması bütün yadplanetli sivilizasiyaların ölümünə səbəb ola bilər. Belə şüalar bütün qalaktikalarda ən azı yüz milyon ildə bir dəfə görünür. xarici mətbuata istinadən xəbər verir ki, bunu Stony Brook Universitetinin fizika və astronomiya professoru Frederik Valter deyib. "Təxmi
30 aprelNusret 300 000 dollarlıq təklifi rədd etdi - SƏBƏB ...
Türkiyəli məşhur aşpaz Nusret Gökçe yeni xəbərlə gündəmə gəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, markasının dəyəri 2 milyard dollara çatan Nusret ad günü qonaqlıqlarından birinə dəvət edilib. Ona qonaqlara ət yeməkləri təqdim etmək və "Salt Bae" şousu göstərmək üçün 300 00 dollar təkli
30 aprelMaskın sərvəti kəskin artdı
İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb. Bu Maskın sərvətinin 2022-ci ilin martından bəri ən böyük həftəlik artımı olub. Qeyd olunub ki, Mask hazırda dünyanın ən zəngin adamları siyahısında üçüncü yerdədir, onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir. "X"i
1 mayCinayətkar evinin hamamında gizlənibmiş - VİDEO
Türkiyənin Mersin şəhərində məhkəmənin hökmü ilə yeddi il yeddi ay müddətində həbsə məhkum edilən şəxs tapılaraq ədliyyə orqanlarına təhvil verilib. Hüquq mühafizə orqanları müəyyən ediblər ki, cinayətkar evində gizlənir. Polisin apardığı əməliyyat nəticəsində o, evinin yataq otağında yerləşən hamamda
1 may