Qurban Qurbanov: "Belə sualı gözləməzdim"

Qurban Qurbanov: "Belə sualı gözləməzdim""Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çətin olacağını bilirdik. Buna baxmayaraq, futbolçularımız pis təsir bağışlamadı. Oyun düşündüyümüz kimi alındı. Meydan sahibləri ikinci hissədə üstün cəhətlərindən olan əks-hücumlardan yararlanmağı bacardılar".

Sonxeber.az fanat.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Sportinq"ə 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

"Səfərdə, "Sportinq"ə qarşı oynayırdıq. Bəlkə 3-cü qol da ola bilərdi, çünki daha çox irəli atılmaq istəyirdik. Təəssüf ki, uduzanda suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi düşünək ki, "Sportinq"ə qarşı oynayırdıq və evdə hesabda üstünlük qazanan komanda daha rahat oynayır. Bəzən futbolda elə komponentlər olur ki, hər şeyi 10-15 dəqiqəyə dəyişmək çətindi. Futbolçuları başa düşmək lazımdı. Ola bilər ki, heç nədən qol buraxmağımız psixoloji cəhətdən təsir etdi" deyə mütəxəssis bildirib.

Qurbanov "Qol buraxdıqdan sonra meydana buraxdığınız oyunçular zəif təsir bağışladılar. Oyuna da müdaxilə edə bilmədiniz. Bunun əsas səbəbi hazırlıqsızlıqdı, yoxsa "Sportinq"in sürətli oyununa tab gətirməməyiniz?" sualına belə cavab verib: "Belə sualı gözləməzdim. Rəqibi yaxşı analiz etmişdim. Futbolçularımız tapşırıqları yerinə yetirməyə çalışdılar. Sadəcə, qollar səhvlərdən vuruldu. Futbolçularımız taktiki cəhətdən tam hazır idilər. Mənim də müdaxilə etməyim tam qaydasında idi. Sadəcə, hücum xəttində dəyişiklik etmək istəyirdim. Lakin Maksim Medvedevin zədələnməsi bunun qarşısını aldı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3286   Tarix: 21 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO

I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib

6 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18 sentyabr 2021
.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye

6 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021