Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTO

Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTO19 sentyabr 2018-ci ildə azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyədə öldürüldü. Nə qədər üzücü olsa da, bu ilk belə hal deyildi. Xaricdə yaşayan azərbaycanlı iş adamlarına qarşı sui-qəsdlər barədə xəbərlər alırıq. Xüsusilə də iş dünyasındakı kriminal ab-havanın hələ də yüksək olduğu bəzi postsovet ölkələrindən.

Sonxeber.az xəbər verir ki, femida.az son illər xaricdə yaşayan azərbaycanlı iş adamlarına qarşı törədilən cinayətləri araşdırıb.

Fəzail İlyasov
Ötən ilin avtqustunda Rusiyanın Tümen vilayətində azərbaycanlı iş adamı Fəzail İlyasov vəhşicəsinə qətlə yetirilmişdi. Əvvəlcə itkin düşən İlyasovun daha sonra dükanı yandırıldı. Hadisə yerinə gələnlər onun öz dükanında yanmış meyitini görüblər. Dəhşətli qətlin səbəbi hələ də naməlum qalır.
Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTOİlqar Aşurov
2016-cı ilin iyununda Ukraynanın Donetsk vilayətində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürmüşdülər. Söhbət əslən Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurovdan gedir. O, avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanmış, bir neçə gün sonra meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılmışdı.

Meyitin üzərində ağır işgəncə əlamətləri var idi. Onun döyülərək öldürüldüyü ehtimal edilir.
Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu oğurlamışdılar.
Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTOİlqar Abdullayev
2016-cı il mayın 8-də Donetskdə daha bir azərbaycanlı öldürülmüşdü. Qorlovka şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iş adamı İlqar Abdullayev yaşadığı evin zirzəmisində ölü tapılmışdı. Onun qətlindən qardaşları 5 gün sonra xəbər tutmuşdular. Tarix fakültəsi məzunu olan Abdullayev vaxtilə taekvondo üzrə tanınmış idmançı olub. 2 nəfər onu küt alətlə qətlə yetirib, pul və qızıllarını oğurlayaraq avtomobilini də qaçırmışdılar. İddialara görə, iş adamını yanında iş verdiyi rusların öldürmüşdü.
Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTORövşən Şirinov
Əslən Gəncə şəhərindən olan 1971-ci il təvəllüdlü Rövşən Yusif oğlu Şirinov da Ukraynada öldürülən azərbaycanlı iş adamları arasındadır. 2015-ci ilin martında onun Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum etmişdi. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlamış, mənzildən 40 min dollar götürərək, iş adamını da özləri ilə aparıblar. Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılmışdı.

Rəşad Qafarov
Ötən ilin iyulunda azərbaycanlı iş adamı, "Tern Transport & Trading CZ" şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılmışdı. Çexiyanın "Nova TV" televiziyasının xəbərinə görə, hadisə gündüz baş vermişdi. Tapılanda onun üzərində bıçaq xəsarətləri olub.
Qeyd edək ki, Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olurdu. 2008-ci ildə yaradılan şirkət hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edirdi.
Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTOAbdulla Abdullayev
2016-cı ilin iyununda Ukraynanın Pokrovsk şəhərində azərbaycanlı iş adamı Abdulla Abdullayevi öldürərək 40 min dollarını aparmışdılar. Xaçmaz rayonundan olan Abdullayev Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələrinə sahib idi. İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılmışdı. Onun başında güllə yarası var idi. Yaşadığı şəhərdə dəfn olunan iş adamının qatilləri hələ də axtarılır.

İlham Tağıyev
Ukraynanın Xerson vilayətində yerli azərbaycanlı icmasının rəhbərlərindən biri, tanınmış biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilənlər arasındadır. Biznesmeni öz qarajında öldürmüşdülər. Qatillər əvvəlcə Tağıyevin başına küt alətlə zərbələr endirmi., daha sonra qabırğalarını sındırmışdılar, Biznesmeni öldürəndən sonra cibindən evinin açarını götürüb biznesmenin evinə daxil olaraq hər şeyi alt-üst etmişdilər. Evdəki pul və qiymətli zinət əşyalarını aparmışdılar.
Qeyd edək ki, Tağıyev ət fabrikatlarının satışı ilə məşğul olan iri firmanın regional şəbəkəsinin təmsilçisi olub. Həftənin sonunda bütün Xerson vilayəti üzrə ticarət nöqtələrindən hasilatı toplayıb və pulları firmanın hesabına köçürməyə hazırlaşırmış. Biznesmen pulları avtomobilinin baqajında daşıyırmış. İstirahət günü isə o, pulları evdə qoyub.
İlham Tağıyev Xerson vilayətində yaşayan azərbaycanlıların ictimai-mədəni fəaliyyətində yaxından iştirak edib. Krımdan qaçqın düşmüş tatarların yerləşdirilməsinə kömək göstərib.
Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTOƏli Həmidov
Türkiyədə belə hallar az olsa da, yox dərəcəsində deyil. 2013-cü ildə Başakşehirdə yerləşən lüks kompleksə hücum edən silahlı şəxslər azərbaycanlı iş adamı 41 yaşlı Əli Həmidovu öldürüb, onun rəfiqəsi 29 yaşlı Rusiya vətəndaşı Asiyat Alaşevanı yaralamışdılar. Hadisə iş adamı hovuza girərkən baş vermişdi. Şəxsiyyətləri naməlum olan altı nəfər kompleksə hücum edərək əvvəlcə iş adamını və rəfiqəsini dəyənəklə döymüş, daha sonra güllələmişdilər. Həmidov aparıldığı Esenyurt Dövlət xəstəxanasında vəfat etmişdi.

Məcid Nuxiyev
Antalyada azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılmışdı. Hadisə bu ilin iyununda Antalyanın Finike bölgəsində baş vermişdi. Türkiyədə portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar edilmişdi. Araşdırmalara görə, o tapılanda artıq 5-6 gün idi öldürülmüşdü. Əslən Kürdəmir rayonundan olan Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayıb və burada Azərbaycan diasporunun rəhbəri olub.
Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTOƏnvər İbrahimov
16 aprel 2014-cü ildə Rusiyada - Krasnoyarskda daha bir azərbaycanlı iş adamı- "Mustanq" Səhmdar Cəmiyyətinin rəhbəri, "Yujnıy" bazarının və "Yemelyanovo cıdırı"nın sahibi, 60 yaşlı milyonçu Ənvər İbrahimov qətlə yetirilmişdi. Qətl onun evinin qarşısında baş vermişdi. "TT" tipli tapançadan açılan atəş nəticəsində öldürülən İbrahimovun qətlinin başqa bir iş adamı ilə bağlı olduğu deyilir. Belə ki, onun ölümündən 3 gün əvvəl Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3275   Tarix: 23 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021