Bakıda nəqliyyat dərdi niyə bitmir? – Ekspert

Bakıda nəqliyyat dərdi niyə bitmir? – EkspertYollarda hərəkət intensivliyi düzgün nizamlanmayıb. Təəssüflər olsun ki, yay tətili ərzində şəhərdə seyrəklik olsa da, heç kim bu tətil bitdikdən sonra baş verə biləcək sıxlığın, gecikmələrin, interval pozulmalarının qarşısını almaq üçün bir iş görmədi.

Sonxeber.az bildirir ki, bu sözləri Axar.az-a ekspert, İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı yeni dərs ilinin başlaması ilə yollarda yaranan sıxlıq, tıxac və marşrutların nizamlanmayan interval problemi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Bakıda illərdir müşahidə edilən ictimai nəqliyyat problemi ənənəvi olaraq yeni dərs ili başlayanda gözünü daha qabarıq göstərir:

"Nəzərə alınmalı idi ki, 3 aylıq tətil müddətində şəhər boşalmışdı, məktəblər tətil edirdi. Aidiyyəti qurumlar ən azından bunu nəzərə alaraq interval pozulmalarını, gecikmələri necə tənzimləmək barədə düşünməli idi. Hər sentyabr ayında ənənəvi sıxlıq müşahidə edirik. Demək ki, bunun qarşısını almaq üçün nə isə etmək lazımdır. İnterval hansısa şəkildə tənzimlənməlidir axı. Nə vaxta qədər hər yeni dərs ilində şəhər yollarında xaos yaşanacaq?"

E.Muradlının fikrincə, tıxacların aradan qaldırılması üçün ofisdə, otaqda oturub qərar vermək lazım deyil. Bunun üçün çıxıb ərazilərdə olmaq, müşahidə aparmaq, sürücülərin, vətəndaşların fikrini öyrənmək lazımdır.

Ekspertin sözlərinə görə, artıq iki ildir yaranan Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sistemindəki problemin həllində heç nəyə nail ola bilməyib:

"BNA iki ildir fəaliyyət göstərir, ancaq ənənəvi problemlər yenə də olduğu kimi qalıb. Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini kimi qurumlar bir yerdə paytaxt yollarındakı tıxac, sıxlıq probleminin həllində birgə mübarizə aparıb çarə tapmalıdır. Hazırda paytaxtın nəqliyyat sistemi o vəziyyətdədir ki, bir qurum bu problemi həll edə bilməz".

Çıxış yollarından danışan ekspert bildirib ki, bir çox müəssisə, qurum, təhsil ocaqlarında iş və dərs saatı dəyişdirilməli, marşrut xətt sahibləri isə günün pik saatlarında intervala dəyişiklik etməlidir:

"Paytaxtın marşrut sisteminə məsul olan qurumlar, daşıyıcı şirkətlər heç vaxt başa düşmədilər ki, səhər saatlarında xəttə daha çox və tez-tez avtobus buraxmaq lazımdır. Bu sərnişin sıxlığının qarşısını ala biləcək ən ideal yollardan biridir. Hər dayanacaqda dispetçerler olur, onlar müşahidə aparıb bildirməlidir ki, dayanacaqda sərnişin filan saatda çox olur, xəttə avtobus buraxılsın. Səhər, günorta və axşam avtobuslar eyni intervalla işləməməlidir. İctimai nəqliyyat vətəndaşa xidmət edən sektordur və bu işə yalnız biznes kimi yanaşmaq olmaz.

Ənənəvi hal alan tıxac, avtobus gecikməsi probleminin yaranmaması üçün böyük müəssisələr, özəl və dövlət qurumları, təhsil ocaqları, məktəblər, universitetlər, bağçalarla birlikdə vahid bir sistem, iş qurmaq lazımdır.

Bakı şəhərində fəaliyyət göstərən əksər müəssisə, qurum, şirkət, təhsil mərkəzi, məktəb və sair yerlərdə iş demək olar ki, eyni saatda başlayır. Mümkündür ki, bəzi məktəblərdə, universitetlərdə dərs fərqli saatlarda başlasın. Məsələn, birində saat 8-də başlayırsa, birində 9-da, digər məktəbdə və ya universitetdə 10-da başlasın. Belə olduğu halda yollarda müntəzəm olaraq yaşanan sıxlıq yoxa çıxacaq.

Müəyyən dövlət strukturları var, nazirliklər var ki, hamısında iş səhər eyni saatda başlayır. Olmazmı ki, bəzilərinin iş saatı dəyişdirilsin? Bu təcrübədən istifadə də edilib və nəticəsini də görmüşük. Xatırlayırsınızsa, Avropa Oyunları zamanı hətta əsas yollarda sarı zolaq çəkilməsinə, yəni avtomobillərin hərəkəti üçün mövcud zolaqlardan birindən istifadə qadağan olunsa da, ciddi problem yaşanmadı. Çünki parklanmada səliqə-sahmandan tutmuş iş saatlarının başlanmasına qədər, müxtəlif vasitələrdən istifadə edildi. Bu təcrübələrin hər biri öyrənilməli və daimi tətbiqinə imkan tanınmalıdır. Yoxsa bir müddətdən sonra Bakıda tıxac daha acınacaqlı hal yaradacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2138   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunu

7 may
.

Növbəti delimitasiya prosesi Kərkidən BAŞLAYA BİLƏR - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. Bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb. Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb"

7 may
.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

6 may
.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may
.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

7 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may