Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir.

Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olub. Xocalı soyqırımından sonra Azərbaycanda və ölkədən kənarda yaşayan yüzlərlə azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılıb. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmov da Rusiyadakı əmək fəaliyyətinə son verərək Azərbaycana qayıdıb. O, artıq mart ayında könüllü batalyonların tərkibində döyüşürdü.

Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuş Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun batalyonunda döyüşüb. 1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşüb. Həmin tarixdən etibarən taleyi naməlum olaraq qalıb.

Cəlal Rüstəmovun həyat yoldaşı Tahirə Rüstəmova şəhidimizin taleyi ilə bağlı Modern.az-a danışıb.

"Cəlal Bakıda texnikomu bitirib. Bizim fikrimiz var idi ki, Bakıdan ev alaq. Sonra elə oldu ki, o, Tümendə işləməyə getdi. Bizi görməyə gəlirdi. Sonuncu gəlişi Xocalı hadisəsinə təsadüf etdi. Xocalıdan xəstəxanalara gələn yaralıları gördü, dedi ki, mən döyüşə getməliyəm. O, fikrinə qoyduğunu mütləq etməli idi. Çox vətənpərvər insan idi. Cəlal 1990-ci ildə Tümendə işləyirdi. 1990-cı ildə 20 Yanvar hadisələri zamanı o Bakıda deyildi. Dedi, o vaxt Bakıda olsaydım, 20 Yanvar şəhidlərdən biri də mən olacaqdım. 1992-ci ildə müharibəyə könüllü yazıldı. O vaxt oğlumuzun iki yaşı var idi. Nə qədər getmə desəm də, dedi, mümkün deyil, getməliyəm. Sonuncu dəfə avqust ayında gəldi. Oğlunun ad gününü keçirdi, qızına ad qoydu".
Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEOTahirə xanım deyir ki, həyat yoldaşı ilə sonuncu dəfə sentyabrın 12-də danışıb.

"Hazırlaşırdı gəlməyə, ancaq elə oldu ki, itkin düşməsi barədə xəbər aldıq. Bizdən sənədlərini istəmişdi, dedi ki, məni Türkiyəyə hərbi məktəbə göndərmək istəyirlər. Onunla hər gün telefon əlaqəsi saxlayırdıq. Goranboyda, Tərtərdə olanda zəng edib danışırdıq.

Sentyabrın 14-ü zəng etdi. Dedi ki, gələcəyəm. Sonra hər gün onun zəngini gözləyirdik. Ailəsinə çox bağlı idi. Uşaqları çox sevirdi. Sentyabrın 22-sində televiziyada Cəlalı gördük. 3 dəqiqə çıxış etdi. Ancaq mən gördüm ki, sentyabrın 22-si yox, sentyabr 15-i yazılıb. O tarixi görəndə lap narahat oldum. Sonra qohumları və qardaşı gedib oradan çantasını gətirdilər. İçində onun əsgər paltarı, papağı, saatı var idi. İndi yayılan videolarını 1992-ci ildə mənə Şəmistan Əlizamanlı vermişdi. Şəmistan Əlizamalı məni çox hörmətlə qarşıladı. Dedi, Cəlalı tanıyırıq, çox igid oğlan idi. Onun itkin olduğu xəbərini aldıq. Ancaq ümidim var idi. Həm də bilirdim ki, sağdırsa, mütləq harada olsa, gələrdi. Mən bilirdim ki, o əsirlikdə qalmazdı. Bacarıqlı idi. Amma yenə də sevinirdim ki, meyitini görməmişəm. Görsəydim, intihar edərdim. Bəlkə də uşaqlarıma görə Allah belə etdi ki , onun meyitini görmədim. Onun yoxluğu heç vaxt yaddan çıxmır. Çünki çox ağır günlərimiz keçdi. Biz iki ildən sonra Bakıya gəldik. Əvvəldən də fikrimiz rayonda yaşamaq deyildi. Bakıda ev alacaqdıq. Xocalı hadisəsinə görə bütün planlarımız dəyişdi".

32 il sonra şəxsiyyəti müəyyənləşən Cəlal Rüstəmovun həyat yoldaşı onun nəşinin nə vaxt və harada dəfn ediləcəyi barədə müzakirələrin aparıldığını bildirib:

"Mənim istəyim budur ki, Bakıda Şəhidlər xiyabanında dəfn olunsun".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 946   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr