Bu hamilə qadınlar ölümlə ÜZ-ÜZƏDİR - Baş mama-ginekoloqdan VACİB XƏBƏRDARLIQ

Bu hamilə qadınlar ölümlə ÜZ-ÜZƏDİR - Baş mama-ginekoloqdan VACİB XƏBƏRDARLIQBu ilin 8 ayı ərzində 76020 hamilə qadın qeydiyyata götürülüb. Onlardan, 39701 (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27834 (37 %) təşkil edib. Qadın məsləhətxalardan alınan məlumata əsasən, Respublikada ümumi doğuşların sayı 71477 olub. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 8 ayı üzrə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

Səhiyyə Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmlərindəki uyğunsuzluq ilk dəfədir açıqlanır. Çünki bu ilin yanvar ayından ilk dəfə olaraq hamiləliyin registri tam fəaliyyət göstərir. Çünki əvvəllər Səhiyyə Nazirliyi tərəfindən yalnız doğuşların statistikası aparılırdı, indi isə həmin hamilələrin hansı mərhələlərdə mürciət etməsi ilə bağlı registr aparılır. Bu baxımdan hamilə qadınların həkimə müraciəti ilə bağlı əvvəlki illərlə müqayisə aparmaq imkanımız yoxdur. Lakin 18 min hamilə qadın arasında hələ də, hamiləliyini sona çatdırmayanaların olması da bir gerçəklikdir. Milli.Az bildirir ki, bu baxımdan hazırda hamilə olan və bir dəfə də olsun həkimə müraciət etməyən qadınları hansı təhlükələrin gözləməsi ilə bağlı publika.az-a Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova danışıb.

Baş mama-ginekoloq bildirib ki, bu il 18 min qadın nəinki məsləhətxanalara müraciət etməyib, hamiləlik müddətində bir dəfə də olsun həkim-ginekoloq müayinəsində olmayıblar. Onun sözlərinə görə, həmin qadınların 50 faizi risk qrupuna daxildir.

S.Məmmədova vurğulayıb ki, hamiləlik müddətində qadınların müayinədən kənarda qalması onların və övladlarının həyatını risk altına atır:

"Qadın hamilə vaxtı həkimə müraciət etmirsə, demək onun bədənində olan və hamiləlik müddəti baş verən dəyişikliklər-preeklampsiya, eklampsiya, təzyiq, qanın laxtalanması və s. kimi vəziyyətlər barədə məlumat olmur. Bu hallar isə ana və uşaq ölümlərinin sayının artması ilə nəticələnir. Hamilə qadın vaxtında qeydiyyata düşürsə, ginekoloq onun həm əvvəlki, həm də hamiləlik vaxtı yaranan problemlərini bilir, aidiyyəti üzrə həkimə yönləndirir. Qadın son anda, doğuş prosesi başlayanda həkimə müraciət edirsə, bu zaman həkim ilk növbədə doğuşu başa çatdırmağa çalışır. Bu zaman qadının əlavə xəstəlikləri varsa və hamiləlik vaxtı onlar yoxlanmayıbsa, həkimin işi çətinləşir. Həkim bilmir qadını müayinə etsin, yoxsa doğuşu başa çatdırsın. Qadının ürəyində qüsur varsa, ona doğuşa icazə verilməməlidir. Bundan başqa, hamilik vaxtı daim təzyiq yüksək olubsa, doğuş vaxtı bir az da yüksəlir nəticədə kəllədaxili qansızma, gözdibinə qansızma baş verə, insult, infarkt keçirə, komaya düşə bilər. Bu zaman isə xəstə yaxınları həkimləri ittiham edir. Builki ana ölümlərində qarşılaşdığımız problemlərdən biri qanın laxtalanmasını təmin edən trombositlərin normadan aşağı olmasıdır. Anadangəlmə bu problemi olan qadının doğuşuna qarşı əvvəldən hazırlıq görülməli, qan təminatı aparılmalıdır. Bu zaman əvvəldən trombositar kütlə sifariş edilir. Bir kütlənin hazırlanması üçün 3-4 kişinin qanı lazımdır və kütlə azı bir günə hazır olur. Bu kütlə isə yalnız B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hazırlanır. Həkim bu xəstəlikdən xəbərsiz olanda ona qarşı tədbir görə bilmir, nəticədə qadın qanaxmadan dünyasını dəyişir. Bundan başqa bəzi qadınlarda hamiləliyin 21-ci həftəsində preeklampsiya yaranır. Bu zaman bədən bütün gücü ilə hamiləliyi sonlandırmağa çalışır. Gah təzyiq yüksəlir, gah böyrəklərin funksiyası pozulur, əl-ayaq şişir, gah da zülalı sidiklə kənara atır. Bu fəsadları aradan qaldırmağın yeganə yolu hamiləliyi sonlandırmaqdır. Preeklampsiya vaxtı təzyiq yüksələndə trombositlər partlayır və səviyyəsi aşağı düşür, qadınlar qanitirmədən ölür. Əminliklə deyirəm ki, bu il ərzində hamiləlik vaxtı həkimə müraciət etməyən qadınların 50 faizi risk qrupuna daxildir. Yəni 9 min qadın belə fəsadlaşmalarla üzləşə bilər ki, bu da ölümlə nəticələnər. Ona görə də qadınlara səslənirik ki, həkimə müraciət edin".

S.Məmmədova bildirib ki, çox zaman qadınlar yalnız ilk 3 ay ərzində müraciət edir. Bu müayinələrlə uşağın inkişafını, daun riskini və cinsiyyətini öyrənir, bir də doğuş vaxtı həkim yanına gəlir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1964   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel