"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO

"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTOTanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilərin əksəriyyəti onu qınayıb, bir çoxu isə "xanım müğənnilərin toya çılpaq geyinməsini alqışlayan kütlə, xanəndənin geyiminə niyə mız qoyur ki?" kimi ifadələr yazıblar.

Moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar səhnə və toy geyimində tamaşaçı qarşısına çıxmalıdır.

"Xanəndənin toya idman geyimində gəlməsi əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hərhalda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam ifaçılarının da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib", - deyə xanəndə bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:

"İndi desəm ki, aprelin 29-da yaradıcılıq gecəm var, gəlin onu işıqlandırın, nə gələcəklər, nə də çəkəcəklər. Gecədə ölkənin milli-mənəvi dəyərlərini qoruyub saxlayan, ictimai, mədəni, siyasi aləmdə xidməti olan insanlar olacaqlar. O ki, qaldı bu mövzuya.. İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki. Sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır. Bunlar olmasa bu ölkə batar. Bunlarsız həyat davam etməz. Bu ölkənin böyük zəfəri, siyasəti, qeyrətli oğulları var. Bir dəfə də onları müzakirə etsinlər də. Vallah mən xəcalət çəkirəm. Bəzən özümə deyirəm ki, ya rəbbim, mən hansı ortamda yaşayıram? Belə həyat olar? Yəqin mən çox irəli getmişəm. Bu günki ortamla heç nəyim uyğun gəlmir. Bəzən darıxıram, sıxılıram. Bu günki gündəmin sonu yoxdur. Bu cür yüngül, bəsit, bayağı şeylərlə biz həyatımızı yürüdüb, vaxtımızı bunlara həsr ediriksə demək ki, doğurdan qiyamətin ucu görünür. O vaxtın adamları həmişə düz deyiblər. Qiyamət elə budur".
"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1812   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun