Elmira Türkiyəyə xəstə nənəsinin yanına getdi, insan alverçisinin qurbanı oldu
Qadınları Türkiyəyə apararaq satan insan alversiçi cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.
Sonxeber.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 144 və 243.1-ci maddəsi ilə məhkum olunan Əzizova Natavan İdris qızının məhkəmə prosesinə hakim İmran Hacıqayıbov sədrlik edəcək.
İttiham aktına görə, Gəncədə yaşayan Əzizova Natavan İdris qızı Goranboyda yaşayan Nigar Allahverənovanın qızı Elmiranı (adlar şərtidir) Türkiyədə bir oğlana ərə vermək adı ilə "satmaq" istəyib. Belə ki, Elmira Türkiyədə xərçəngdən müalicə alan nənəsinin yanına gedib. Orada Natavan onu görüb və deyib ki, ərdən çıxmış qadınsan gəl səni burada tanışlarımın birinə ərə verim. Elmira da bunu nənəsinə danışıb. Nənəsi də dedyib ki, gedin baxın, məsləhətdirsə ailə həyatını qur. Natavan Elmiranın tanışının evinə gətirib, iki gün orada qonaq olublar, oğlanla qız birgə şəkil də çəkdiriblər...
Ancaq bir müddət sonra Elmira Natavanın çirkin niyyətini başa düşdükdən sonra oradan qaçıb gəlib nənəsinin yanına. Məlum olub ki, Elmiranın pasportunu da əlindən alıblar, müdaxilədən sonra qaytarıblar. Natavan biabır olacağıdan qorxub türkiyəli oğlana deyib ki, Elmiranın pul, qızıl oğurlayıb qaçdığını Azərbaycan mətbuatına ötürsün. Əllərində guya fakt da vardı ki, oğlanla qız birlikdə şəkil çəkdiriblər. Bizim saytlar bu barədə məlumatı yayıblar.
İstintaq zamanı zərərçəkənin Çingiz adlı qohumu ifadə verərək bildirib ki, Elmiranın nənəsi ilə Natavan bir-birlərini çoxdan tanıyıblar: "Mənim əlimdə Natavanın türkiyəli oğlanla telefon danışıqlarının səsi var. Orada oğlana deyib ki, Azərbaycandan sənə zəng edəndə deyərsən ki, Elmira toy gününə bir neçə gün qalmış pulumu və qızılları oğurlayıb qaçıb. Mən bunları ATV-də yayımlanan "Bizimləsən" verilişində və yerli saytlara da göstərdim, Natavanın planının üstünü açdım, təkzib verdirdim".
Bundan sonra Natavan Gəncədə Türkiyədən gələn 3 qızla birlikdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb: "Elmira bir ay olar ki, rayona qayıdıb. Məqsədim Natavanı ifşa etməkdir. İndi görün o, neçə-neçə azərbaycanlını Türkiyədə tanış kişilərə "satıb". Qoy onun "qurban"ları da üzə çıxıb başlarına gətirilən hadisələrdən danışsınlar".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2831 Tarix: 24 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB
Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi
10 sentyabr 2021Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral
11 sentyabr 2021Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd
11 sentyabr 2021Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü
Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı
13 sentyabr 2021Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
25 avqust 2021DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021