Kanalzasiyadan heyvan başı, soyuducu hissəsi çıxdı – "Azərsu" rəsmisi

Kanalzasiyadan heyvan başı, soyuducu hissəsi çıxdı – "Azərsu" rəsmisiSentyabr 23-də paytaxta normadan artıq yağış düşüb, bu da gözlənilməz olduğu üçün su səviyyəsi küçələrdə artıb. Bütün bunlar belə bir sual yaradır ki, kanalizasiya sistemi payız-qış mövsümünə hazırdırmı?

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Teleqraf.com-a bildirib ki, yaranan vəziyyətin əsas səbəbi qısa müddətdə yağan yağışın intensivliyidir.

O qeyd edib ki, kanalizasiya xətlərimiz normal işləyir: "Kanalizasiya işləməsəydi bu gün də küçələrimiz su və zibil olardı. Bizim briqadalarımızın hamısı dünən iş başında oldu, bulvarda, Ziya Bünyadov küçəsində, Yasamal, Binəqədi ərazilərində çalışdılar. Biz məcbur olub, qurğuların çatdırmadığı üçün Sahildəki iki kollektorumuzu açdıq. Bizim xətlərimiz, yağış barmaqlıqlarımızın hamısı işlək vəziyyətdə idi".

Mətbuat xidməti rəhbəri deyib ki, kollektorların çoxu 1970-80-ci illərdə tikilib, mütəmadi olaraq onların içərisi palçıqdan, daşdan, məişət tullantılarından təmizlənir: "2012-2014-cü illərdə monitorinq apardıq, xüsusi robortlar gətirdik, xətlərin vəziyyətin öyrəndik. Biz12 kub metrlik həcmdə olan kollektorlarda məişət tullantıları çıxartdıq. Hətta burdan maşın təkəri, heyvan dərisi, mal başı, soyuducu hissələri, dəmir də çıxdı. Bununla ötürücü qabiliyyətini xeyli gücləndirdik.

Sonra Həsən Əliyev küçəsi boyunca yeni kollektor çəkdik, 2017- ci ildə Prezidentin tapşırığı ilə 14 nöqtədə yağış sularının kənarlaşdırılması ilə bağlı işlər gördük. Düşünürəm ki, bundan sonra kifayət qədər işlər görülməlidir".

Şəhərdə tikinti işləri və binaların çoxalmasının kanalizasiya xətlərinə təsirindən danışan "Azərsu" rəsmisi deyib ki, son vaxtlar Bakı şəhəri bəlkə də iki dəfə böyüyüb: "Bakıda əvvəllər quru torpaq sahələri çox idi, yağış yağanda su ora hopurdu. Bu gün tikililərin çoxalması, onların qabağının asfaltlanması, yollar genişlənməsi yağış sularının hamısının bizim şəbəkəyə gəlməsinə səbəb olur. Ona görə də şəbəkənin yükü artıb".

Anar Cəbrayıllı payız-qış mövsümünə hazır olduqlarını qeyd edib: "Dünəndən başlayaraq mütəxəssislərimiz su harada yığılır, niyə yığılır - onun səbəblərini aradan qaldırmaq üçün araşdırmalar aparır. Avqust ayının sonlarından başlayaraq, mütəmadi olaraq xətlər, yağış barmaqlıqları təmizlənir. Bilirik ki, ən çox yağıntılar payızda düşür və ona görə də əvvəldən tədbirlər görülür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1608   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021