"Jurnalist kimdir ki,mənə zəng etsin?" - Qalmaqallı məktəb direktoru yenidən gündəmdə

"Jurnalist kimdir ki,mənə zəng etsin?" - Qalmaqallı məktəb direktoru yenidən gündəmdəBakı şəhəri Binəqədi rayonu Q.Baxşıyev adına 179 N-li tam orta məktəbdə narazılıq yaşanıb.

Bu barədə femida.az-a müraciət edən Sabirə Mahmudova bildirib ki, məktəbin iki korpusu var. Bu isə şagirdlərin və valideynlərin əlavə əziyyətinə səbəb olur.

"Məktəbin köhnə korpusu ilə təzə binası arasında iki dayanacaq məsafə var. İbtidailər köhnə korpusda, yuxarı sinif şagirdləri isə təzə binada təhsil alır. Bu isə valideynlərin və şagirdlərin əlavə əziyyətinə səbəb olur. Mənim də həmin məktəbdə nəvələrim oxuyur. Hər gün onları aparmağa və gətirməyə uzun vaxt itkimiz olur. Yeni tikilən bir məktəbdə niyə iki fərqli məkanlarda korpus olmalıdır ki?"

Şikayətçi problemin bununla bitmədiyini və ibtidai sinif müəlliminin dərs keyfiyyətinin aşağı olduğunu da iddia edib.

"Bu il birinci sinfə gedən nəvəm Qasımzadə Ramal-Ruatın ibtidai sinif müəllimindən narazıyam. Bununla bağlı məktəbin direktoru Bəyaz xanımla danışdıq. Əvvəlcə məsələ ilə bağlı bizə kömək edəcəyi və uşağın başqa sinfə keçiriləcəyini bildirmişdi. Vaxt getdikcə fikrindən daşındı. Onunla görüşə gedəndə mənə kobud şəkildə bildirdi ki, məktəbi deputat Hacı Madər tikdirib. Ona minnətdar olub, dua etməliyik. Bu söz mənə çox toxundu. Direktora bildirdim ki, dövlət, nazirlik olduğu halda Hacı Madər niyə məktəb tikdirsin? Bu söz direktorun xoşuna gəlmədi. Bundan sonra mənimlə münasibəti pisləşdi. Biz ibtidai sinif müəlliminin təhsil vermə səviyyəsindən narazıyıqsa, şagirdin sinfini dəyişdirmək bizim hüququmuzdur. Burada nə böyük problem var ki, direktor bunu etməsin?" - şikayətçi bildirib.

Jurnalist məsələ ilə bağlı 179 N-li tam orta məktəbin direktoru Bəyaz Novruzova ilə əlaqə saxlamaq istəyib. Ancaq direktor jurnalistin sualını cavablandırmaq əvəzinə, "jurnalist kimdir ki, ona cavab verim" cavabını katibəsi vasitəsi ilə femida.az-ın əməkdaşına çatdırıb.

Direktorun nəzərə çatdıraq ki, jurnalistin vəzifə borcu hər hansı bir daxil olmuş müraciəti araşdırmaq və işıqlandırmaqdır. Bunun üçünsə qarşı tərəfin də mövqeyini əks etdirmək peşə etikasının kodekslərindən biridir. Həmçinin direktorun da vəzifə borcu rəhbərlik etdiyi məktəbdə yaranmış ən kiçik bir məsələnin həllinə nəzarət etmək və narazı valideynlə görüşməkdir.

Bəs adı qalmaqalda hallanan direktor kimdir?

Saytın araşdırması zamanı məlum olub ki, Bəyaz Novruzova direktor işlədiyi digər orta məktəblərdə də qalmaqalları ilə mətbuatın gündəmində olub. Misal üçün, Sumqayıt şəhər, 34 saylı orta məktəbdə direktor olduğu müddətdə jurnalist Samir Güləliyev ölkə mediasına müraciət edərək məktəbdə pul yığıldığını, direktorun qanunlara məhəl qoymadığını bildirmişdi.

"Tapşırıq belədir ki, pul verməyən siniflərin rəhbərlərindən həmin məbləğ yığılmalıdır. Buna etiraz edən və ya şagirdlərdən pul yığılması prosesindən boyun qaçıran müəllimlərin isə telefonları əllərindən alınır. Girov saxlanılan həmin telefonlar o zaman sahibinə qaytarılır ki, tələb olunan pullar yığılsın. Yalnız bu halda mobil telefon sahibinə qaytarılır", - deyə 2016-cı ildə direktorla bağlı baş verən qalmaqallı yazıda iddia olunmuşdu. Həmin vaxt bu məsələ mətbuatda böyük əks-səda doğurmuşdu və xanım direktor ittihamların əsassız olduğunu bildirmişdi.

Direktorun adının hallandığı qalmaqal bununla bitmir. Bəyaz Novruzova 2017-ci il tarixində Binəqədi rayonunda (Binəqədi qəsəbəsi, II mədən) fəaliyyət göstərən R. İmanov adına 205 saylı məktəbə direktor təyin olunduqdan sonra da narazılıqla qarşılaşmışdı. Direktorun adı bu dəfə mətbuatda təmir adı ilə şagirlərdən pul yığılması ittihamı ilə hallanmışdı. Qeyd olunan məsələlərdən sonra Bəyaz Hüseynova 179 nömrəli orta məktəbə göndərilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1858   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr