Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir.
Heyvanların baş sayının azalması ət bazarına necə təsir göstərəcək? Təklifin azalması fonunda qiymət artımı qaçılmazdır, yoxsa idxal hesabına bu riskləri neytrallaşdırmaq mümkündür?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov deyib ki, nəzəri olaraq daxili istehsaldakı azalmanın idxal hesabına kompensasiya edilməsi mümkündür:
"Bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə və digər dövlətlərdə bu təcrübə tətbiq olunur. Azərbaycanda da müəyyən heyvandarlıq məhsulları idxal edilir və bu, normal haldır. Əsas məsələ idxal olunan məhsulların keyfiyyət standartlarına cavab verməsidir. Söhbət yalnız miqdardan deyil, əhalinin istehlak etdiyi məhsulların təhlükəsizliyindən və keyfiyyətindən gedir. Bu məsələlər dövlət qurumlarının ciddi nəzarətindədir və qiymətlərin kəskin artımaması üçün tədbirlər görülür".
Ekspert vurğulayıb ki, əsas prioritet daxili istehsal potensialının hərəkətə keçirilməsidir:
"Bu məsələ ərzaq təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Dövlətin heyvandarlığın inkişafı, regionların sosial-iqtisadi dirçəldilməsi və kənd təsərrüfatının gücləndirilməsi ilə bağlı müxtəlif proqramları mövcuddur. Son illər ət və ət məhsullarının əlçatanlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb".
H.Eynalovun sözlərinə görə, müəyyən dövrlərdə iqlim dəyişiklikləri və digər daxili amillər heyvandarlıq məhsullarının istehsalında azalmaya səbəb ola bilər:
"Bu da bazarda qiymət artımı ilə müşahidə olunur. Belə hallarda idxal məhsullarının bazara çıxarılması ən azından tarazlığın qorunması baxımından mühüm rol oynayır. Lakin əsas məqsəd uzunmüddətli və dayanıqlı strategiyanın formalaşdırılmasıdır. Bu strategiya gələcək illərdə Azərbaycanda ət və ət məhsullarına olan tələbatın lazımi səviyyədə ödənilməsini təmin etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4703 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr