Türkiyədəki diaspor fəalı: "Etimad İsmayılov burda çox azərbaycanlıya əl tutub"

Türkiyədəki diaspor fəalı: "Etimad İsmayılov burda çox azərbaycanlıya əl tutub"Sentyabrın 19-da Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində şəriki, sabiq polis rəisi Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. Hadisə Azərbaycanda və Türkiyədə geniş rezonans doğurub.

Türkiyədə diaspor fəaliyyəti ilə məşğul olan, Azərbaycan Təhsil və Mədəniyyət dərnəyinin sədri Aygün Həsənoğlu Etimad İsmayılov haqqında Modern.az-a açıqlama verib.

O bildirib ki, azərbaycanlı iş adamı Etimad İsmayılovun qətlə yetirilməsi Türkiyədə yaşayan azərbaycanlıları çox məyus edib:

"Etimad bəyin qətlə yetirilməsi Türkiyədə yaşayan hər bir azərbaycanlının ürəyini ağrıtdı. Mən Etimad bəyin qətlinə çox üzüldüm. Həm azərbaycanlı olduğu üçün, həm körpə uşağı üçün, həm də xanımı Sevil xanım üçün. Türkiyədə azərbaycanlıların bir-birini qətl etməsinin alışqanlıq halına gələcəyindən narahatam".

Aygün Həsənoğlunun sözlərinə görə, Etimad İsmayılov sağlığında Türkiyədə yaşayan azərbaycanlılara çox dəstək olub:

"Etimad bəylə şəxsən tanış olmamışam. Həyat yoldaşı Sevil xanımla tanış idim. Amma Etimad bəyin qətlə yetirilməsindən bir həftə əvvəl onun haqqında bir azərbaycanlı o qədər xoş sözlər dedi ki... Məni də onunla tanış edəcəyini bildirdi. Həmin şəxs Etimad bəyin çox adama əl tutduğunu da etiraf etdi. Bir məsələni deyim. Türkiyədə çoxlu sayda azərbaycanlı iş adamları var, amma çoxundan xəbərimiz yoxdur. Çünki özləri orada yaşayan azərbaycanlılarla yaxınlaşmağa maraqlı deyillər. Mən bir çox azərbaycanlıyla ünsiyyətdə olduğumdan Etimad bəy haqqında ancaq xoş sözlər eşitmişəm. İnsanlarımız onun çox səxavətli insan olduğunu söyləyirlər".

Qeyd edək ki, Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1813   Tarix: 27 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr