Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchizat Mərkəzi, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Konstitusiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Elm vəTəhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Müdafiə Nazirliyi, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti (ASC), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Maliyyə Nazirliyi və Azərbaycan İdman Akademiyası tərəfindən keçirilib.
Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 209 986,61 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ultra Technologies" MMC 14 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşən şirkətin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
"Ultra Technologies" MMC 2016-cı ilədək "Ultra Computers" MMC adı ilə fəaliyyət göstərib. Həmin ildən isə şirkətin adı dəyişdirilib.
MMC-nin qanuni təmsilçisi Məhəmməd Zülfüqarlının adına başqa bir şirkət də var. Bu "MSM" MMC-dir. 1000 manatlıq nizamnamə kapitalı yaradılan bu şirkət də 2005-ci ildə qeydiyyata alınıb.
"Ultra Technologies" MMC-nin deputat Tahir Mirkişiliyə məxsus olduğu barədə iddialar var. Qarşı tərəf indiyədək bu iddiaları təkzib etməyib.
Deputatın tərcümeyi halında qeyd edilib ki, o, 2000-2011-ci illərdə şirkətdə mühəndis, daha sonra direktor vəzifələrində işləyib. Məhz bu fakt "Ultra Technologies" MMC-nin Tahir Mirkişiliyə məxsus olması barədə iddialara səbəb olub.
Tahir Mirkişili 2015-ci ildən deputatdır. O, parlamentdə 43 saylı Sumqayıt II Seçki Dairəsini təmsil edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 690 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabr