Azərbaycanda səhərlər işə gecikməmək üçün edə biləcəyiniz 5 üsul!

Azərbaycanda səhərlər işə gecikməmək üçün edə biləcəyiniz 5 üsul!Ölkəmizdə iş prosesi səhər saat 7-dən sonra başlayır. Razıyam ki, işə gecikmək hər birimizin dərdidir. Heç kəs işə gecikib, müdir tərəfindən danlanmağı xoşlamaz. "Azərbaycanda işə gecikməmək mümkün deyil, bir tərəfdən axşam evə gec gəlmək, digər tərəfdən yollarda olan tıxac, bütün bu şərtlər altında işə necə gecikməyə bilərik?" fikirləşə bilərsiniz. Yanlış düşünürsünüz deməyəcəm, amma səhər erkən yataqdan oyanmağın bəzi üsullarından xəbərsiz olduğunuzu düşünürəm. Belə ki, hind fəlsəfəsinə görə səhər tezdən oyanmaq yuxu ilə bağlı problem deyil, sırf insanın beyni ilə, yəni onu əqli cəhətdən buna həqiqətən inanmaqla bağlı bir problemdir. Yəni yuxudan oyana bilmirsiniz deyə işə gecikmirsiniz, sadəcə şüurunuza səhər tezdən qalxmağı düzgün yeridə bilmirsiniz və ona görə də işə gecikirsiniz.

Bilmirəm xəbəriniz var yoxsa yox, İngiltərədə aparılan bir araşdırmaya görə insanların işə gecikmə səbəbləri aşağıdakı kimi olur:

Tıxac - 51%

Yatıb qalmaq - 31%

Pis hava şəraiti - 28%

Oyanmağa taqəti olmamaq - 23%

Nəyisə unutmaq - 13%

Qeyd edim ki, bu araşdırma 5 fərqli iş yerindən ayrılıqda götrülüb və ən populyar cavablar qeyd edilib.

Əslində yapon iş adamlarına görə işə gecikmək ilk olaraq yuxudan tez oyanmamaqdan başlayır. Yəni insan yuxudan tez oyanmırsa, yuxarıdakıların biri mütləq baş verəcək. Hər halda bayaq vurğuladığımız kimi, yuxudan tez oyanmamağın əsas problemi yuxunun özü ilə bağlı deyil. Məsələn Yaponiyada bu istiqamət üzrə 10 insan üzərində belə bir təcrübə keçirilib. Bu insanları 5-5 olaraq ayrı-ayrı otaqlara yerləşdiriblər və səhər saat 7-də oyanacaqlarını bildiriblər. Otaqların birində səhər tezdən yuxudan oyanmağı əks etdirən şəkillər, digər otaqda isə ancaq yatmaqla bağlı şəkillər olub. Səhər yuxudan tez oyanan qrup isə otaqlarında erkən qalxmaqla bağlı şəkillər olan komanda olub.

Yəni erkən oyanmaq üçün birinci beynimizi buna inandırmalıyıq. Yaxşı bəs bunu necə bacaracayıq, yəni əqli cəhətdən erkən oyanmağa necə inana bilərik. Bu barədə bir araşdrıma etdik və 5 üsul tapdıq. Gəlin başlayaq.

1) Axşam saat 10-dan sonra çay içməmək.

İndi deyəcəksiniz bunun nə dəxli var axı?, amma dəxli çoxdur. Belə ki, insan susuzlayanda beyin gecə yatarkən ona tez-tez oyanmaq barədə siqnallar göndərir. Bu siqnallara görə də həmin şəxs yuxudan oyanmağa məcbur olur. Amma əksər psixoloqların fikrinə görə insan saat 10-dan sonra çayı çox qəbul edərsə, çaydakı maddələr beynin siqnal göndərmə funksiyasını pozur və buna görə də insan yuxudan oyana bilmir. Hətta yaxşı olardı ki, yatandan 1 saat əvvəl heç maye qəbul etməyəsiniz ki, beynin normal funksiyası pozulmasın.

2) Hər gecə bir alma soyub yemək.

Almada olan C vitamini hüceyrələri yenilməyə kömək edir. Ona görə də axşam yatmazdan əvvəl bir alma soyub yesəniz beyin hüceyrələriniz yenidən canlanacaq və səhər zəngli saat çalanda sizi yuxudan oyadacaq. Amma belə bir məsləhət verim ki, əgər almanı qabıqlı yeməkdə bir probleminiz yoxdursa, onun vitamini qabığındadır. Elə yeyin :)

3) Çölə çıxıb təmiz hava almaq.

İşdən gəlib axşam yeməyini yedikdən bir müddət sonra 30 dəqiqəlik təmiz hava alın. Bu əslində həm beyni sakitləşdirəcək, həm də yediyiniz qida həzm olunacaq. Axşamlar ölkədə heç bir zavod işləmədiyindən və küçələrdə sakitçilik olduğundan birəbir məsləhətdir.

4) Axşam tıxacına qalmayın, özünüzü tıxaca salmayın.

İnsan beyni elə bir sistemdir ki, əsəbləşən kimi nə edəcəyini bilmir. Araşdırmaya görə, işləyən insanlarda beyin ən çox tıxac zamanı əsəbləşir. Ona görə də çalışın tıxaca düşməmək üçün işdən bir az gec çıxın. Məsələn Bakıda tıxacın olduğu pik vaxt axşam saat 18:00 ilə 19:30 arasındadır. Bunu bilərək işdən 19:40-da çıxa bilərsiniz. Ya da ki, icazə varsa, işdən tez çıxmağa çalışın. Eyni zamanda səhərlər də zəngli saatı oyanmalı olduğunuz vaxtdan 1 saat əvvələ qoyub yola tez çıxmağa çalışın. Bu həm sizə xeyri olacaq, həm də ki işinizə.

5) Axşam saat 6-dan sonra qəhvə qəbul etməyin.

Çay məsələsində olduğu kimi, qəhvədə də belədir. Məlumata görə insanlar, 18:00-dan sonra qəhvə qəbul edərkən gecə gec yatmağa daha çox meyilli olurlar, ya da ki yata bilmirlər. Qəhvənin içərisindəki bir çox maddələr beyin oyaq saxlamağa məcbur edir, ona görə də beynin fəaliyyəti pozulur və erkən yuxudan oyanmaq zamanı sizə köməklik edə bilmir. (banco.az)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1353   Tarix: 05 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021