Azərbaycanlı aktrisa: "Həyatımda pis şeylər daha çox olub" - FOTO

Azərbaycanlı aktrisa: "Həyatımda pis şeylər daha çox olub" - FOTOSonxeber.az aktrisa Aygün Rəhimovanın milli.Az-a müsahibəsini təqdim edir

- Özünüzü necə xarakterizə edərdiniz?

- Dostluğu sevən, səmimiliyi bacaran və bu qəddar dünyada möcuzəyə inanan yeganə insan.

- Bir müddət görünürsünüz, sonra yenidən ortalıqda olmursunuz. Buna səbəb nədir?

- O, yəqin iç dünyamla bağlı olan bir şeydir. Mən çox emosional insanam. Sadəcə, çox tez bezirəm.

- Bezəndə nə edirsiniz?

- Bezəndə qaçıram. Hər yerdən, hamıdan.

- Özünüzdən də qaçırsınız?

- İnsan özündən qaça bilmir ki. Özündən uzaqlaşa bilər.

- Sizi depressiv insan adlandıra bilərəm?

- Xeyr, sadəcə olaraq, yenilikləri xoşlayıram. İstəmirəm ki, həyatım bir xətt üzrə inkişaf edib, monoton olsun.

- Tez küsürsünüz?

- Xeyr, küsəyən deyiləm. Amma küsəndə münasibətləri birdəfəlik qırıram. Qəlbimə dəymək asan deyil.

- Bağışlamağı bacarırsınız?

- Xeyr! İnsana ikinci şansı vermək düzgün deyil.

- Müğənnilik, yoxsa aktrisalıq?

- Məncə, aktrisalıq. Mən artistəm (gülür). Amma həyatda artistlik edə bilmirəm.

- Həyatda peşman olduğunuz məqamlar olub?

- Xeyr. Mən bu günümlə yaşayan insanam. Xəyalpərəst insan deyiləm, realist oluram.

- Möcüzələrdə qəhrəman olur. Sizin qəhrəmanınız hansıdır?

- Mən ağ atlı oğlanımı o qədər gözləmişəm ki, özüm ağ atlı "prins"ə çevrilmişəm (gülür). Hələ də gəlib çıxmır.

- İstədiyiniz yerdəsiniz?

- Deməzdim ki, istədiyim yerdəyəm. Amma hər zaman çalışıram, vuruşuram, Həmişə istəmişəm ki, istedadımı göstərim. Mənim üçün bu, çox vacibdir.

- Özünüz haqqında nə düşünürsünüz?

- Mən yaxşı aktrisayam (gülür). Zarafat edirəm, özümə baxmağı sevmirəm. Həmişə baxanda səhvlərimi görürəm. Ümumiyyətlə, aktrisa olmurlar, doğulurlar. Bu sənət həm də səndən təcrübə istəyir. Həyatımda çox şey olub deyə nə reaksiya verəcəyimi bilirəm.

- Həyatınızda nə baş verib ki?

- Yaxşı şeylər də olub, pis şeylər də. Pis şeylər bir az çox olub. Bəlkə də bu insanlara olan inamımdan irəli gəlir. Bu inam heç vaxt bitmir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2890   Tarix: 07 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Əri onu özündən xəbərsiz boşadı - Unudulan müğənni tanınmaz halda

"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı, bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə ürəklərə yol tapmış müğənni Sahibə Əhmədova indi haralardadır?. "Unudulan məşhurlar" rubrikasında Əməkdar artist Sahibə Əhmədovanın ömür yoluna nəzər salır. Çinar boyu, kiş

1 fevral
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral