"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvər Həsənovun oynadığı Murad obrazı kinoda səsləndirdiyim ilk böyük rolum oldu, ondan sonra digər rejissorlar da mənə etibar etməyə başladılar".

Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Rafiq Əzimov yaradıcılığında çox az bilinən faktla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, aktyorlar belə nüansları açıqlamağı sevmirlər.

"Təzə-təzə kinostudiyaya ayaqaçdı edəndə rejissor Arif Babayev mənə "Uşaqlığın son gecəsi" filmində fəhlə obrazını həvalə etmişdi. Amma hiss edirdim ki, mənə göz qoyur, hərəkətimə, danışığıma fikir verir. Günlərin bir günü dedi "Ay Əzimov, istəyirəm Muradı sən səsləndirəsən". Bunu heç gözləmirdim. Sonra Muradı oynayan Ənvər Həsənovun bütün hərəkətlərinə, danışıq tərzinə, münasibətlərinə diqqət etməyə başladım. Ona görə də canla-başla çalışırdım ki, Ənvərin oynadığından bir az artıq Muradın danışığına, jestlərinə, sözsüz yerlərdəki münasibətlərinə daha dolğun öz yanaşmamı göstərim.

Çox vaxt aktyorlar belə nüansları açıqlamağı sevmirlər. Başqa aktyorların onları səsləndirməsi bəzi aktyorların xoşuna gəlmir. Mənim obrazımı başqa aktyor səsləndirəndə içimdə hər zaman narahatlıq olur. Axı bu rolu mən ifa etmişəm, dəqiqliyini də özüm bilirəm. Ona görə həmin rollarımdan nigaran qalıram: başqasının danışığı ilə mənim danışığım, münasibətlərim üst-üstə düşəcəkmi? Amma Muradı səsləndirməyim Ənvərin də, rəhmətlik Arifin də çox xoşuna gəlmişdi. Görün neçə il keçib, çoxları inanmır və çoxları da bilmir ki, Muradı mən səsləndirmişəm. Əsas odur ki, obraz yaxşı təqdim olunsun. Film bu gün də sevilir, tamaşaçılar tərəfindən qəbul olunur, bunda mənim də balaca əməyim olduğuna görə sevinirəm".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2293   Tarix: 17 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu

18 avqust
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul