Rusiyada 2 il əvvəl itkin düşən azərbaycanlının öldürüldüyü məlum oldu : Meyiti...
Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub.
Sonxeber.az report-a istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu 2016-cı ilin aprelin 23-də Rusiyanın İrkutsk şəhərində itkin düşüb.
Belə ki, 32 yaşlı azərbaycanlı evdən çıxaraq işlədiyi İrkutsk şəhərinin mərkəzi bazarına gedib və bir daha geri qayıtmyıb. Bir müddət əvvəl Rusiyanın hüquq-mühafizə orqanlarına Ramal Əliyevin digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi barədə məlumat daxil olub.
Mərhumun atasının bildirdiyinə görə, oğlu İrkutsk şəhərində yerləşən mənzillərdən birində görüşəcəyi şəxs tərəfindən baş nahiyəsindən çəkiclə vurularaq qətlə yetirilib. Daha sonra meyit evdən çıxarılaraq şəhər kənarında qarın altında gizlədilib. DNK analizi nəticəsində tapılan meyitin Ramal Əliyevə məxsus olduğu aydınlaşıb.
Qətli törədən şəxs həbs olunub.
R.Əliyevin meyiti Azərbaycana gətirilib və Sabirabad rayonunun Minbaşı kəndində dəfn olunacaq.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Hadisə Baxılıb: 6480 Tarix: 07 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCamış Bakıda insanlara hücum edib, maşınlara ziyan vurdu - VİDEO
Bakı küçələrində qaçan camış ətrafdakılara qorxu dolu anlar yaşadıb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, qəzəbli camış artıq bir neçə maşına ziyan vurub. Həmçinin o, yoldakı insanların üzərinə də hücum çəkib, həyətlərə girib. Hadisənin tam olaraq hansı ərazid
6 sentyabrSumqayıtda fəhlə 9-cu mərtəbədən yıxılıb öldü
Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb. xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib. Şəhər sakini 45 yaşlı Taleh Saleh oğlu Həmidov səhər saatlarında işlədiyi tikintidə 9-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır
19 sentyabrBakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu
Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovu
7 sentyabrAzərbaycanda suiti insanlara hücum etdi - VİDEO
Azərbaycanda suiti çimərliyə gələnlərə hücum edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Ancaq hadisənin hansı çimərlikdə baş verməsi qeyd olunmur. Görüntüləri təqdim edirik:
2 sentyabrHacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb
Hacıqabul rayonunda baş verən yol qəzasında iki nəfər ölüb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Hazırda ölənləri
17 sentyabrNaxçıvan sakinini əqrəb sancıb
Naxçıvan sakinini əqrəb sancıb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Nazim Nağı oğlu Zeynalovu əqrəb sancıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib
18 sentyabrAstarada avtoxuliqanlıq edən şəxslər həbs edilib
Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçılar
3 sentyabrBakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Belə ki, paytaxtın Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtada quraşdırılan 6 ədəd su sayğacı və plastik kommunikasiya xətləri 21 p.m yanıb, yüksə
17 sentyabr