"Rusiya başa düşür ki, Paşinyanı devirsə, vətəndaş müharibəsi başlayar"

"Rusiya başa düşür ki, Paşinyanı devirsə, vətəndaş müharibəsi başlayar"Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin tarixini qabağa çəkməklə doğru addım atdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, seçkilərin dekabrda baş tutması Paşinyanın maraqlarına cavab verir:

"Çünki İrəvanda keçirilmiş mer seçkilərində onun tərəfdarı qələbə qazandı. Buna görə də o, hesab edirdi ki, seçkiləri gəlin ilin mayına saxlasa, daxildə vəziyyət qarışa bilər. Bu halda, daxili qüvvələrin qiyam qaldırması və Rusiyanın müdaxilə etmək ehtimalı güclü olacaqdı. Buna görə də, reytinqinin yüksək olduğunu da nəzərə alaraq, seçkilərin tarixini qabağa çəkdi.

Təsadüfi deyil ki, parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası da seçkilərin dekabrda keçirilməsi ilə əlaqədar memoranduma imza atdı. Bununla da, parlamentdə çoxluqda olan Respublika Partiyası bu qərarla razılaşmaq məcburiyyətində qaldı.

Hesab edirəm ki, dekabrda keçiriləcək parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qələbə qazanacaq. Bu isə "Qarabağ klanı", yaxud Respublika Partiyasının parlamentdən sıxışdırılıb çıxarılması deməkdir".

Elxan Şahinoğlu qələbə qazanacağı halda, "Qarabağ klanı"nın Paşinyana qarşı həmlə edəcəyini istisna etmir: "Hər şey ola bilər. "Qarabağ klanı"nın özü də iki dəfə belə həmlə edib. 1997-ci ildə Levon Ter-Petrosyanı devirdilər, 1999-cu ildə isə Ermənistan parlamenti müəmmalı şəkildə gülləbaran olundu. Buna görə də, "Qarabağ klanı" hakimiyyətini itirməmək üçün belə həmlələr edə bilər".

Politoloqun qənaətinə görə, Paşinyanın hakimiyyətdə qalması, Rusiyanın maraqlarına cavab vermir: "Amma Rusiya da görür ki, ictimaiyyət tərəfindən Paşinyana ciddi dəstək var. Lakin Petrosyan devriləndə cəmiyyət onu dəstəkləmədi, amma bu dəfə vəziyyət fərqlidir. Rusiya başa düşür ki, Paşinyanı devirmək istəsələr, Ermənistanda vətəndaş müharibəsi başlaya bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1411   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021