Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kompromislərə gedəcəyi ilə bağlı yazılar dərc olunur. Bu sülh müqaviləsi imzalansa, sonrakı mərhələdə hansı proseslər baş verəcək? Azərbaycan özünü sonrakı illərdə panermənizm millətçiliyindən necə qoruya biləcək?
Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan həmişəki kimi öz xoşməramını ortaya qoyub:
"Biz Ermənistanla sakit qonşuluq münasibətlərində yaşamaq istədiyimizi dəfələrlə bəyan etmişik. İndi seçim Ermənistanındır. Onlar seçməlidir ki, Azərbaycanla hansı münasibətlərdə yaşamaq istəyirlər? İndi ermənilər bizimlə ikitərəfli əlaqələrin olduğu, mehriban qonşuluq siyasətində yaşamağı seçəcəklər, yoxsa daimi gərginlikdə olaraq, resurslarını silahlanmaya və təxribata xərcləməyi?"
Aydın Mirzəzadə qeyd edib ki, Ermənistanın indiyədək apardığı siyasət, onun bir dövlət kimi böhranda yaşamağına gətirib çıxardıb:
"Azərbaycanla qarşıdurmalar isə o böhranı daha da dərinləşdirəcək. Bu baxımdan, seçim onlarındır. Azəbaycan isə öz üzərinə düşən qonşuluq vəzifələrini yerinə yetirir. Dünən qeyri-qanuni erməni silahlıları tərəfindən saxlanılmış əsgərimizin yerinə 2 erməni hərbçisinin qaytarılması, xoşniyyətli münasibətimizi göstərir.
İlk növbədə onu qeyd edim ki, sülh müqaviləsi çox uzun bir prosesdir və bunun qısa zamanda baş verəcəyinə inanmıram. Həmin sülh müqaviləsində tərəflər sadəcə olaraq qarşıdurmanın dayandığını bəyan etmirlər, onlar, həmçinin, bir-birinin daxili işlərinə qarışmamağı, beynəlxalq hüquq normalarını üstün tutmağı, mehriban qonşuluq siyasəti yürütməyi və s. amilləri də bildirirlər. Bunlar arzuolunan və bu istiqamətdə gedilməsi vacib olan bir məsələdir. O ki, qaldı Ermənistanın bundan sonra özünü necə aparacığına, deyərdim ki, onlar özlərini necə aparacaqlarsa, o cür də cavablarını alacaqlar.
30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamaq Ermənistana hansı inkişafı verdi? Nələr qazandırdı? Əhalisi artdı, yeni obyektləri tikildi, müasir texnologiya gəldi, yoxsa beynəlxalq aləmdə nüfuzu artdı?! Heç biri!
Azərbaycan hər zaman beynəlxalq hüququn və mehriban qonşuluğun tərəfdarıdır. Mən bir daha qeyd edirəm, Ermənistan Azərbaycana qarşı necə olacaqsa, biz də onlara qarşı elə olacağıq".
Rafi Müslümov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)