Paşinyanın arvadını Qarabağa ona görə göndərdi ki... - İrəvandan TƏXRİBAT

Paşinyanın arvadını Qarabağa ona görə göndərdi ki... - İrəvandan TƏXRİBATErmənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın rusiyalı qadınlardan ibarət nümayəndə heyəti ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlişi və orada "sülh mesajları" verməsi Rusiyada da qıcıqla qarşılanıb.

Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, Rusiya ekspertləri İrəvanın bu addımla Bakı və Moskvanın münasibətlərinə zərbə vurmaq istədiyini hesab edirlər.

Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko hesab edir ki, Paşinyanın öz həyat yoldaşını rusiyalı qadınlarla birgə Qarabağa göndərməsi yaxşı planlaşdırılmış təxribatdır.

"Paşinyan bu addımla hər şeydən əvvəl Rusiya və Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır. Həmçinin elə mənzərə yaratmağa çalışır ki, guya Rusiya münaqişənin nizama salınması prosesini bloklayır. Bu təxribatdır. Lakin bu, Rusiya xarici siyasət kursuna uyğun deyil. Səfər edənlər arasında yazıçı Uliskayanın olması onu göstərir ki, bu məsələnin Rusiya hakimiyyətinə aidiyyəti yoxdur. Çünki Uliskaya Rusiya müxalifətində təmsil olunur. Doğrudur, orada Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Svetlana Jurovoy da var idi. Ermənistan bundan istifadə edərək, səfərin təşkilində Rusiyanı günahkar olaraq göstərməyə çalışır. Çünki Paşinyan istəmir ki, Rusiya və Azərbaycan münasibətləri yaxşı olsun. Lakin Jurovoyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyindən artıq izahat tələb edib", - deyə o bildirib.

Fenenko qeyd edib ki, Paşinyan rusların Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatsızlığından da istifadə etdi: "Bu münaqişə Rusiya məktəblərində öyrədilmir, sadəcə Rusiya KİV-ində işıqlandırılır. Qarabağa gedən rusiyalı qadınların bu münaqişə ilə bağlı ətraflı məlumata malik olmadığını asanlıqla deyə bilərik. Beləliklə, Paşinyan "sülh" aksiyasından Bakı-Moskva münasibətlərini pozmaq üçün təxribat olaraq istifadə etdi. Lakin buna nail ola bilməyəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1322   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021