Bakıya yeni avtobuslar gətiriləcək, 62 avtobus kart sisteminə keçiriləcək

Bakıya yeni avtobuslar gətiriləcək, 62 avtobus kart sisteminə keçiriləcəkOktyabrın 9-da Nazirlər Kabinetinin iclasında dövlət başçısı cənab İlham Əliyev Bakı şəhərində ictimai nəqliyyat sahəsində mövcud olan problemlərə toxunaraq, son vaxtlar baş verən hadisələrlə bağlı sərt fikirlər bildirmiş, daşıyıcı şirkətlərlə bağlı çox ciddi tapşırıqlar vermişdir. Dövlət başçısı tərəfindən verilən göstəriş və tapşırıqların icrasına hər zaman məsuliyyətlə yanaşan "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyi tərəfindən şirkətin inzibati binasında istismar, nəzarət, dispetçer heyəti, həmçinin hüquq, insan resursları, mərkəzi müşahidə şöbəsinin rəhbərləri və çox sayda sürücülərin iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş, şirkət tərəfindən göstərilən xidmətin keyfiyyətinin artırılması, mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Sonxeber.az xəbər verir ki, "Xaliq Faiqoğlu" MMC-nin yaydığı məlumatda bildirilib ki, şirkət Bakı Nəqliyyat Agentiliyinin paytaxtın şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə həyata keçirdiyi islahatlarda aktiv şəkildə iştirak edir. Belə ki, 15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən "Xaliq Faiqoğlu" MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlamışdır. Yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətiqinə başlamışdır və hal-hazırda 14 marşrut xəttindən 9-da "Bakı Kart" sistemi mövcuddur. Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir. Bu ilin sonunadək digər 62 avtobusun da yeniləri ilə əvəz edilməsi və "BakıKart" sisteminə qoşulması planlaşdırılır.

Şirkətin istismarında olan bütün avtobuslar video-müşahidə sistemləri ilə təchiz olunmuşdur, gün ərzində mərkəzi müşahidə şöbəsi tərəfindən sürücülərin fəaliyyəti kameralar vasitəsilə izlənilir. Şirkətin sürücüləri hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənir və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman yüksək peşəkarlıqları ilə seçilmişdir. Təhlükəsiz sərnişindaşıma xidmətinin təşkili şirkətin qarşısında duran ən önəmli vəzifələrdən biridir. Bu məqsədlə sürücü qismində işə qəbul olunan namizədlərə olan əsas tələblər ilk növbədə sağlamlıq göstəriciləri, narkoloji test və məhkumluğun olmamasıdır. Şirkətin təmir mərkəzində xüsusi tibb məntəqəsi mövcuddur ki, qanunvericiliyin tələbini əsas tutaraq reysqabağı bütün sürücülər alkotestdən keçirilir. Sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanmış və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaqdır.

"Xaliq Faiqoğlu" MMC beynəlxalq mühasibatlıq sistemini tətbiq edən ilk özəl daşıyıcı şirkətdir və beynəlxalq audit şirkəti tərəfindən şirkətin fəaliyyəti hər il audit olunur. "Xaliq Faiqoğlu" MMC beynəlxalq maliyyə institutu olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə əməkdaşlığa başlayan yeganə özəl daşıyıcı şirkətdir və iyul ayının 12-də imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcəkdir.

Şirkətin təsisçisi Faiq Seyidov cənab Prezident tərəfindən verilən tapşırıqların bundan sonra da yüksək səviyyədə və layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını və göstərilən xidmət səviyyəsinin daha da təkmilləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bəyan etmişdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 861   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr