Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"
Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazanan adamam, bazarlardakı, marketlərdəki qiymətlər mənim də əlimi yandırır. 600-800 manata işləyən insanları düşünün. Siz özünüzü düşünmürsünüzsə, bu qiyməti qaldıran niyə sizi düşünsün?".
Sabiq millət vəkili Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sərxan Kərəmoğlu ucuz narıngi almaq üçün yolunu Neftçilər metrostansiyasının yaxınlığından salsın:
"Məhsulun Bakıya gətirilməsi üçün yol və digər xərclər var. Marketlərin özləri də bir-biri ilə rəqabət aparır. Bütün bu qiymətlər məhsulun yerindən alış qiymətinin üstünə əlavə edilir. Məhsulun istehsal qiyməti ilə satış qiyməti eyni olmamalıdır. Bu, həm də tələb və təklifdən asılıdır. Məhsulun qiyməti həm düşə, həm də qalxa bilər. Məhsul çoxdursa, bu, mütləq onun qiymətinə təsir edəcək. Market var ki, oradan narınginin bir kilosunu 70 qəpiyə, bazarda isə 1,70 manata alıram. "Neftçilər"dən çıxanda görürəm ki, narınginin bir kilosu bir manatdır, alıram. Kim istəyir gəlsin alsın".
Əli Əlirzayev bütün sahələrdə monopoliya olduğunu əlavə edib:
"Bunun qarşısını almaq üçün azad rəqabət. İstehsalçının kənddən məhsulu gətirib şəhərdə satmağa vaxtı yoxdur. İstehsalçı ayrıdır, onu satışını təşkil edən ayrı. Satan gedir, hardansa alıb gətirir. Alış çoxdursa, orda rəqabət mühiti yaranır, yaxud istehsalçı çoxdursa, orada da rəqabət mühiti yaranır. Kəndli öz malını satmamalıdır. Bu, düzgün də deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1275 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr