Nazirlik restoran sahiblərini cərimələdi

Nazirlik restoran sahiblərini cərimələdi"Təmizləyici qurğuları olmayan bəzi restoranların sahibləri cərimələnib".

Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bunu mətbuat konfrasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

O bildirib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır: "Bu da havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur. Əhali tərəfindən ETSN-ə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından indiyədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb. May ayında aparılan araşdırmalar zamanı şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib. Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib".

Direktorun sözlərinə görə, verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər obyektlər isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir: "Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində demək olar ki, heç bir iş görülməyib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 853   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel