Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Respublika Hərbi Prokurorluğundan Sonxeber.az-a bildirilib ki, əvvəlcə kollegiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin hərtərəfli bilik və bacarığı, qətiyyəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının bütün istiqamətlər üzrə yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. O, həmçinin vurğulayıb ki, Prezidentin ölkəyə rəhbərlik etdiyi 20 ildə əldə edilən misli görünməmiş uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti də mühüm əhəmiyyət kəsb etməkdədir.

Bundan sonra, məruzəçilər - İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb. Həmin cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçinin mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini şərtləndirib.

Sonra Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasının həsr olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə iki dəfə ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edib. O qarşılıqlı səmərəli fəaliyyətə görə adları çəkilən qurumların rəhbərlərinə təşəkkürünü bildirib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, bütün bunların nəticəsində 2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

Kollegiya iclasına yekun vuran Hərbi prokuror Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 975   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr