Ərdoğan: Susa bilmərik
Macarıstana səfərini başa vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlama verib.
Sonxeber.az oxu.az -a istinadla xəbər verir ki, Ərdoğan mətbuat konfrası zamanı əsas diqqəti səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının itkin düşməsinə çəkib.
"Biz bu məsələni araşdırırıq. Bu vəziyyətdə Türkiyə susa bilməz", - dövlət başçısı deyib.
O, Səudiyyə tərəfində kamera qeydlərinin olmaması ilə bağlı açıqlamaya şübhə ilə yanaşdığını bildirib.
"Təsəvvür edə bilərsiniz ki, orada kameralar yoxdur?", - o soruşub.
Xatırladaq ki, oktyabrın 2-də müxalif jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.
Siyasət Baxılıb: 956 Tarix: 11 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş