"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQXəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, ABŞ-nin Azərbaycana hüquq və insan haqları məsələsində nəsə deməyə, hələ sanksiya tətbiq etməyə mənəvi haqqı çatmır:

"ABŞ hər şeydən əvvəl Vyetnamda, İraqda, Əfqanıstanda qətl etdiyi on minlərcə sivil insanın hesabını versin. Özünü demokratiya carçısı adlandıran ABŞ bu gün qardaş Türkiyəyə qarşı PKK terror təşkilatının Suriya qolu YPG-ni açıq şəkildə dəstəkləyir hətta rəsmi qaydada hərbi büdcəsindən pul ayırır. Əli minlərlə Azərbaycanlının qanına batmış, Xocalı faciəsinin təşkilatçısı Erməni lobbisini də açıq bir şəkildə dəstəkləyir. Hətta Erməni lobbisinin təkidi ilə Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edilib. Digər yandan bu gün ABŞ-nin hazırladığı sanksiya siyahısına baxdığımızda açıq şəkildə yenə Erməni lobbisinin izi hiss olunur".

Politoloqun sözlərinə görə, siyahının mütləq əksəriyəti hərbçilərdən ibarətdir. Hikmət Mirzəyev kimi siyasətdən tam uzaq rəşadətli hərbiçinin belə adı var:

"İstər cənab Mirzəyev istərsə də digər hərbçilərə və ya müvafiq güc strukturu işçisi olan digər şəxslərin hansının siyasətlə əlaqəsi var?! Heç birinin. Deməli məsələ aydındır bu gün Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır və ona görə Erməni lobbisinin izlərinin açıq şəkildə görüldüyü bir addım atmağa hazırlaşır. ABŞ sanksiya tətbiq etsə belə bu Azərbaycan üçün ciddi bir təhlükə törətməyəcək. Çünki Azərbaycan ordusunun ABŞ-dən heç bir asılılığı yoxdur. Bu sadəcə ABŞ-nin insani dəyərləri siyasi şantaja çevirdiyinin bir daha göstəricisi olacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1362   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr