Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu, sürücü isə... - VİDEO

Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu, sürücü isə... - VİDEOTürkiyəyə səfər edən azərbaycanlı iş adamının başına iş gəlib.

Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Tahir Məmmədov Yenibosnada düşdüyü taksidə pencəyini unudub. Taksi sürcüsü daha sonra yoluna davam edib. Başqa bir sifariş üçün gedən sürcü təsadüfən arxa oturacaqda pencəyin olduğunu görür. Pencəyi əlinə alan sürücü Yakup Bayıroğlu içərisində 10 min dollar olduğunun fərqinə varıb. 42 yaşlı Bayıroğlu sərnişinin taksi sifariş verdiyi nömrəsinə zəng edərək pencəyini unutduğunu deyib və onunla görüşərək pulunu geri qaytarıb.

40 yaşlı iş adamı bu əməlinə görə taksi sürücüsünə təşəkkür edib.

Hadisə   Baxılıb: 3154   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR