Azərbaycanlılar hansı avtomobillərə üstünlük verirlər?

Azərbaycanlılar hansı avtomobillərə üstünlük verirlər?Ötən doqquz ayda Azərbaycana avtomobil idxalı 2,5 dəfə artıb. Paytaxt yollarında maşın sürmək problemə çevrilsə də, heç kim özünü bu komfortdan məhrum etmək istəmir. Benzin bahalaşdı, avtomobillərin aksiz markası qalxdı, yenə də avtomobil alan alır, satan da satır. Boş yerə qonşularımız gürcülər azərbaycanlıları "oliqarx" adlandırmır, çünki biz komfortu sevirik.

Sonxeber.az Oxu.Az-ın bu mövzuda araşdırmasını təqdim edir. Ölkənin avtomobil bazarının həcminin getdikcə artmasının davam etdiyi ötən bir ildə ən çox alınan avtomobil seqmentini və qiymətləri belə dəyişir.

Sedandan cipə oturduq

Beləliklə, xarici brendlərin Azərbaycana ilk gəlişində sedan avtomobillərini görənlər "Bu avtomobillər Bakı küçələri üçün deyil", - deyirdilər. Bunu nəzərə alan xarici istehsalçılar MDB ölkələrində yolların yararsız vəziyyətini nəzərə alaraq, hündür avtomobillər buraxmağa başladılar. Nəticədə böyük mühərrikli və ölçülü cip avtomobillərinin dar Bakı küçələrindəki əzablı yürüşlərinin şahidi olmağa başladıq.

Bundan sonra Azərbaycanda bahalı avtomobil seqmentinə tələbat yarandı və hazırda ölkəmizdə bütün məşhur brendlərin satış dillerlərinin olduğunu demək olar. Təkcə bir fakt kifayətdir ki, Almaniya səfirliyinə maşın gətirmək üçün müraciət edənlərin hörməti adi turistlərdən daha yüksəkdir. Avtomobil bazarının ən bahalı brendləri – "Bentley" və "Rolls Royce"un satış bazarı da aktivdir.

Ən bahalı maşın 380 min dollardır

Onlayn avtomobil satış portallarında ən bahalı avtomobilin qiyməti 380 min dollardır. Bahalı avtomobilləri, təbii ki, şəxslər öz adından satmadığı üçün onları avtosalonlar təklif edirlər. Ümumiyyətlə, 200 min dollardan baha avtomobillər, əsasən, "Rolls-Royce Wraith", "Land Rover", "Mercedec-Maybach", "Bentley Mulsanne"dir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda dəyəri 100 mindən baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir.

Onun sözlərinə görə, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, az saydadır və xüsusi sifarişlə gətirilir. Amma avtomobil həvəskarı olan azərbaycanlılar, əvvəlki kimi, lüks brendlərə çox maraq göstərə bilmirlər. Bu brendlərə baxan ayrı bir kateqoriya var ki, onların sayı daim stabildir və təzə gələn ilk modeli gözləyirlər ki, həyatlarında dəyişiklik etsinlər.

40 mindən bahasını səfirlər alır

R.Osmanlı qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir.

Bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir:

"Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız beşi orta qiymətdən yuxarı olanlardır".

Bir sözlə, ekonom olsun

Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir.

Çoxluq isə bahalıqdan sonra artmayan əməkhaqqı ilə daha ekonom dolanmağa çalışır. Buna görə ekonom avtomobillərin alqı-satqısı daha aktivdir. Məsələn, avtomobil bazarının onlayn ticarətində hamının tanıdığı Turbo.az-da daha çox mühərriki kiçik və dözümlü olan Koreya maşınları satılır. Bu avtomobillər qiymət baxımından da sərfəlidir.

Xüsusən Koreya istehsalı olan "Hyundai" və "KİA" modellərinin satış bazarı böyükdür. Alıcıların axtardığı da budur: ili təzə, mühərriki balaca və qiyməti ucuz, bir sözlə, ekonom olsun.

Daha bir onlayn satış portalı Avtomobil.az-dan aldığımız məlumata görə, Azərbaycanda ən çox maraq göstərilən və satılan maşın markaları "Hunday", "Nissan", "KİA", "Toyota" markalarıdır. Avtomobil alarkən satıcılar, əsasən, qiymətə və keyfiyyətə önəm verirlər. Burada salonun tərtibatı da çox rol oynayır.

İkinci ev, hətta ikinci arvad!

Ekspert Ramil Osmanlı bu tendensiyanın bir müddət davam edəcəyini bildirib. Onun sözlərinə görə, yanacağın qiymətinin iki dəfə bahalaşması mühərriki kiçik olan avtomobil bazarını gücləndirdi.

"Bu gün azərbaycanlılar universal yolsuzluq avtomobillərinə üstünlük verirlər. Buna görə də küçələrimizdə qabaritli avtomobillər çoxdur. Halbuki qonşu Türkiyədə belə bir mənzərə görə bilməzsiniz".

Bu məsələdə avtomobil vasitəsilə həyat tərzini göstərmək istəyi də böyükdür. Azərbaycanlılar maşınlarına "ikinci ev", hətta "ikinci arvad" deyirlər. Ona görə də onun təmtəraqlı görünüşü bəzən birinci evindən üstün olur. R.Osmanlı bu nümayişetmə istəyinin bizdə çox açıq şəkildə rəqabət daşıdığını da vurğuladı.

"200 minlik avtomobillə işə gəlir. Bu, çox gülüncdür. Xarici ölkələrdə avtomobillər istifadə təyinatı nəzərə alınaraq alınıb-satılır. Bizdə isə kimin nə sürdüyü müzakirə mövzusudur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3136   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub. O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetind

4 dekabr
.

Azərbaycan tütün idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,650 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur. Hesabat dövründə Azərbaycandan 50,547 milyo

23 noyabr
.

Gələn il də maaş və pensiyalar artacaqmı?

Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra

22 noyabr
.

AQTA səkkiz ölkədən ət idxalına müvəqqəti məhdudiyyət tətbiq etdi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlərə başlayıb. xəbər verir ki, AQTA bir sıra bölgələrdən idxala zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət qoyub. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) yaydığı rəsmi məlumatlara əsasən

29 noyabr
.

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci cüzi azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 202,979 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır. Təkcə noyabrda Türkiyə Azərbaycana 18,485 milyo

7 dekabr
.

Azərbaycanda məşğul əhalinin sayı açıqlandı

2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib. rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.

13 dekabr
.

Azərbaycanda kolbasa istehsalı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 min 240,8 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur. Noyabrın 1-nə ölkədə 18,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu d

23 noyabr
.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,

6 dekabr
.

Azərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək

Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək. AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neç

30 noyabr