Azərbaycanda məşğul əhalinin sayı açıqlandı

Azərbaycanda məşğul əhalinin sayı açıqlandı2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.4 min nəfər olub. Bu göstəricinin 865.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916.7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışanların payına düşüb.

Muzdla işləyənlərin 31 min nəfəri neft-qaz sektorunda, 1 milyon 751.4 min nəfəri isə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1 faizi məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.9 faizi emal sənayesində, 6.7 faizi tikintidə, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8 faizi mədənçıxarma sənayesində, 1.6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.

Xidmət sahəsində məşğul olanların 18.8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 8.6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışıb. Eyni zamanda, xidmət sahəsində işləyənlərin 4.5 faizi nəqliyyat və anbar təsərrüfatında, 4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3.8 faizi inzibati və yardımçı xidmətlərdə, 3.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 2.9 faizi istirahət, əyləncə və incəsənət sahəsində işləyib.

Bundan əlavə, muzdla çalışanların 2.3 faizi maliyyə və sığorta, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi digər xidmət sahələrində, 1 faizi isə daşınmaz əmlakla əlaqədar əməliyyatlarda fəaliyyət göstərib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 790   Tarix: 13 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

IATA: İyulda hava nəqliyyatı ilə yük daşımaları 4 % artıb

Bu ilin iyul ayında hava nəqliyyatı ilə qlobal sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 0,2 % və 3,9 % artıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, iyulda sərnişin oturacaqlarının doluluq göstəricisi (PLF) 85,2 % səviyyəsinə çatıb ki, b

2 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr